Tehranda Rusiya kanalının əməkdaşları saxlanıldı
Tehranda "Russia Today" telekanalının ərəb versiyasının (RT Arabic) müxbiri və operatoru saxlanılıb. Hadisə parlament binasına hücumla bağlı vəziyyətin işıqlandırılması zamanı baş verib. Onların saxlanılmasının səbəbləri açıqlanmayıb.
7 İyun 2017 17:53 DünyaTehranda "Russia Today" telekanalının ərəb versiyasının (RT Arabic) müxbiri və operatoru saxlanılıb. Hadisə parlament binasına hücumla bağlı vəziyyətin işıqlandırılması zamanı baş verib. Onların saxlanılmasının səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, bu gün silahlı şəxslər Tehranda parlament binası və İran inqilabının lideri Xomeyninin türbəsinə hücum ediblər. Terror aktları nəticəsində 12 nəfər həlak olub, 42-si yaralanıb. Hücumlara görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.