Binəqdi İcra Hakimiyyəti Sakinlərin Müraciət Xidməti ilə bağlı hesabat açıqladı

Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Sakinlərin Müraciət Xidmətində 2017-ci il may ayı üzrə 1967 zəng cavablandırılıb. “OLAYLAR”-ın xəbərinə görə, birbaşa cavablandırılan zənglərin sayı 1459,  yaradılan əks əlaqələrin sayı 666, günlük  orta zəng sayı 63, tərtib edilən şikayət vərəqələrinin sayı 508 olub. Şikayət xarakterli müraciətin 508-nin  icrası təmin edilib, o cümlədən 386-sı və ya 76 %-i tam həll olunub,  72-si və ya 14,2 %-i qismən həll edilib,  50-si və ya 9,8 %-nə müvafiq izahat verilərək həll edilib.

Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Sakinlərin Müraciət Xidmətində 2017-ci il may ayı üzrə 1967 zəng cavablandırılıb. "OLAYLAR"-ın xəbərinə görə, birbaşa cavablandırılan zənglərin sayı 1459,  yaradılan əks əlaqələrin sayı 666, günlük  orta zəng sayı 63, tərtib edilən şikayət vərəqələrinin sayı 508 olub. Şikayət xarakterli müraciətin 508-nin  icrası təmin edilib, o cümlədən 386-sı və ya 76 %-i tam həll olunub,  72-si və ya 14,2 %-i qismən həll edilib,  50-si və ya 9,8 %-nə müvafiq izahat verilərək həll edilib.
May ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin  215-i və ya 42,3 %-i su-kanalizasiya, 188-i  və ya  37 %-i qaz təchizatı,  47-si və ya 9,3 %-i lift problemləri,  37-si və ya 7,3 %-i sakinləri narahat edən digər məsələlər, 12-si və ya 2,4 %-i elektrik təchizatı ilə bağlı,  5-i və ya 1 %-i zibil və tullantılar ilə əlaqədar, 3-ü və ya 0,5 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar, 1-i və ya 0,2 %-i yaşıllaşdırma idarəsi ilə bağlı olub.
Xidmətə ay ərzində 15 təşəkkür müraciəti daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31