“Səma” rəqs ansamblı hesabat verdi

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında “Səma” rəqs ansamblının hesabat konserti keçirilib.  Baş İdarədən “Olaylar” – a bildirilib ki, aparıcı Humay Muxtarova konsert proqramını açıq elan edərək, “Səma” rəqs ansamblının il ərzində qazandıqları nailiyyətlərdən məlumat verib. Daha sonra video-çarx nümayiş olunub. Konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Pənah İmanov, Xətai rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında "Səma" rəqs ansamblının hesabat konserti keçirilib.  Baş İdarədən "Olaylar" - a bildirilib ki, aparıcı Humay Muxtarova konsert proqramını açıq elan edərək, "Səma" rəqs ansamblının il ərzində qazandıqları nailiyyətlərdən məlumat verib. Daha sonra video-çarx nümayiş olunub.
Konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Pənah İmanov, Xətai rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Konsert proqramında rəqs ansamblının ifasında Azərbaycan rəqsləri ilə yanaşı, dünya xalqlarının rəqsləri də nümayiş olunub. Həmçinin, tanınmış müğənnilər Aysel Əlizadə, Orxan Babazadə, Leyla Ramazanlı, Yaşar Yusub, Əbdül Xalid və duet ortağı Səbuhi, Sami Oruc, Samirə Əfəndi, Könül Məmmədli və Nihad Məlikin ifalarında səslənən mahnılar tədbir iştrakçıları tərəfindən alqışlarla qarşılanıb.
Sonda ansamblın bədii rəhbəri Səma Sadıxova "Səma" rəqs ansamblının il ərzində tədbirlərdə fəal iştirakına görə İdarənin Fəxri Fərmanı ilə təltif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31