Səltənət Ağayeva Bursada təlim kurslarında

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Biotexnologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səltənət Ağayeva Türkiyənin Bursa şəhərində 20 günlük ezamiyyətdə olub. Akademiyadan “Olaylar” – a bildirlib ki, o, Azərbaycanda yayılmış zeytun nümunələrində genetik müxtəlifliyin tədqiqi məqsədilə Uludağ Universitetinin Ziraat fakültəsində keçirilən təlim kursunda iştirak edib.

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Biotexnologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səltənət Ağayeva Türkiyənin Bursa şəhərində 20 günlük ezamiyyətdə olub. Akademiyadan "Olaylar" - a bildirlib ki, o, Azərbaycanda yayılmış zeytun nümunələrində genetik müxtəlifliyin tədqiqi məqsədilə Uludağ Universitetinin Ziraat fakültəsində keçirilən təlim kursunda iştirak edib.

Təlim kursunun proqramı professor Dr. Meryem İpek, dosent Dr. Ahmet İpek, doktorant Sevin Teoman və laboratoriyanın digər əməkdaşları tərəfindən aparılıb. Bundan əlavə iki qurum arasında əməkdaşlığın genişləndirilməsi və birgə tədqiqat layihələrinin hazırlanması məqsədilə razılığa gəlinmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31