"Həmsədrlərin maraqları Azərbaycanla uzlaşmır" - ŞƏRH

“İndiki şəraitdə həmsədrlərin regiona səfəri sadəcə olaraq plan üzrə həyata keçirilən səfərdir. Bildiyiniz kimi, hər 3 həmsədr öz ölkələrinin XİN başçıları tərəfindən təyin olunurlar və onlar üçün münaqişənin tənzimlənməsi prosesi ilə bağlı hazırlanan ümumi qrafik var ki, onlar da həmin qrafik üzrə hərəkət edərək Azərbaycana, eləcə də Ermənistana gəlirlər”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

"İndiki şəraitdə həmsədrlərin regiona səfəri sadəcə olaraq plan üzrə həyata keçirilən səfərdir. Bildiyiniz kimi, hər 3 həmsədr öz ölkələrinin XİN başçıları tərəfindən təyin olunurlar və onlar üçün münaqişənin tənzimlənməsi prosesi ilə bağlı hazırlanan ümumi qrafik var ki, onlar da həmin qrafik üzrə hərəkət edərək Azərbaycana, eləcə də Ermənistana gəlirlər". Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Beynəlxalq təşkilatın işğalçı ölkəyə loyal münasibətinin səbəblərini açıqalayan siyasi şəhrçi bildirib ki, burada konkret olaraq münaqişənin tənzimlənməsi prosesində dünyanın 3 böyük dövləti iştirak edir ki, onların da maraqları Azərbaycanla uzlaşmır: "Bildiyiniz kimi, ATƏT-in Minsk qrupu ayrıca səlahiyyətə malik olan müstəqil qurum deyil. Minsk qrupu BMT-nin qətnamələrini yerinə yetirməsi ilə bağlı formalaşdırılıb və bu formatda da həmsədrlər formatı yaradılıb. Həmsədrlərə ABŞ, Rusiya və Fransa rəhbərlik edir. Problemin əsasında dayanan aspektlərdən birincisi bu üç ölkənin geosiyasi maraqlarının fərqli olması və beynəlxalq miqyasda faktiki olaraq rəqabət mühitində olmalarıdır. Xüsusilə də Rusiya- ABŞ və Rusiya- Fransa. Bu aspektdən də ortaq məxrəcin əldə edilməsi proseslə bağlı ciddi problemlər yaradır. Bu üç dövlət münaqişənin tənzimlənməsi prosesinə beynəlxalq hüququn prinsiplərindən deyil, öz maraqları müstəvisindən yanaşdıqlarına görə, tənzimləmə ilə bağlı ortaq məxrəcə gəlmək mümkünsüz olur. Belə olan halda, hər 3 dövlət mövcud şəraitdə status-kvonun qorunub saxlanmasına çalışır. Təbii ki, bu hal da, nəticə etibarı ilə münaqişənin həllinə maneə yaradır".

E. Mirzəbəylinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun münaqişənin həllində fəaliyyətsizlinin digər səbəbi işğalçı ölkə ilə bağlı məsələlərdir: "Həmsədr ölkələrdən biri Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi olmaqla yanaşı, onun düşmən ölkədə hərbi bazaları yerləşir. Bundan başqa Rusiyanın Ermənistanla ortaq hərbi birləşmələri var. Bu baxımdan da Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tərəf kimi çıxış edir. Digər dövlət olan Fransada erməni diasporunun sayı kifayət qədərdir və Ermənistanın siyasətçiləri ilə onların ciddi əlaqələri var. ABŞ-da da uzun illərdir ki, erməni lobbisi kifayət qədər var və orada bu və ya digər siyasi dairələrlə müəyyən əlaqələrə malikdirlər. Nəticə etibarı ilə hər iki dövlət ayrı-ayrılıqda proseslərdə beynəlxalq hüququn prinsiplərindən deyil, konkret olaraq hansısa korporativ maraqlardan çıxış edirlər. Bu da son nəticədə bütövlükdə Minsk qrupunun fəaliyyətinin effektiv olmamasına gətirib çıxarır".

Həmsədrlərin bölgəyə səfərinin turist səfəri olduğunu dilə gətirən siyasi-şərhçi qeyd edib ki, bu səfərlərdən sonra nə danışıqlar prosesində hər hansı irəliləyişə, nə də uzlaşmaya nail olmaq mümkün olur: "ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinə yanaşmasında absurd bir mövqeyi var. Baxmayaraq ki, ABŞ, Rusiya və Fransa BMT-Təhlükəsizlik Şurasında Azərbaycanın ərazilərini qeydi-şərtsiz azad edilməsilə bağlı qətnamələrə səs verib və onların icrasına görə məsuliyyət daşıyırlar, lakin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsinə gəldikdə işğal amilini bir kənara qoyur, münaqişə amilini və tərəflərin razılaşmalı olduğu prinsipini irəli sürürülər. Belə olan halda, onlar post sovet məkanında olan münaqişələrlə müqayisədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fərqli mövqe ortaya qoyur və nəticə etibarı ilə bu, Minsk qrupunun münaqişənin tənzimlənməsində bütövlükdə tərəf kimi çıxış etdiyi təəssüratını yaradır. İndiki şəraitdə söhbət Minsk qrupunun prosesdə hər hansı bir əhəmiyyətli rol oynamasından gedəcəksə, bu inandırıcı görünmür. Çünki Azərbaycan tərəfi də dəfələrlə Minsk Qrupunun fəaliyyətinin öz işinin öhdəsindən gəlmədiyini xüsusi vurğulayır". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31