İrəvan Qarabağ ermənilərinin əmlak iddialarına qoşulmayacaq – ÖZƏL

Ermənistan hökuməti Qarabağdan məcburi köçən vətəndaşların əmlak iddialarına qoşulmayacaq.

Olaylar.az xəbər verir ki, bu barədə parlamentdə "Vətəndaş Müqaviləsi" fraksiyasının təşəbbüsü ilə keçirilən görüşdə əmək və sosial məsələlər naziri Arsen Torosyan bildirib.

Torosyan deyib: "Məqsədimiz, baş nazirin də dediyi kimi, Qarabağdan olan soydaşlarımızın evini Ermənistanda tapması və respublikanın digər vətəndaşları kimi olmasıdır. Bu o demək deyil ki, onlar beynəlxalq hüquqi mexanizmlərlə hüquqlarını müdafiə edə bilməz, amma biz bunda iştirak etməyəcəyik, bunu açıq deyirik".

"Dirçələn Artsax" QHT-nin sədri Anastas İsraelyan isə qarabağlılara beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddia qaldırmaq, itirilmiş evlərin qaytarılması və ya kompensasiya tələb etmək üçün hüquqi status verilməsini istəyib.(?)

"Biz zəlzələ və ya təbii fəlakətə görə köçməmişik - evlərimizi silahlı təcavüz ucbatından itirmişik", - deyə o bildirib.(?)

Daxili işlər nazirinin müavini Armen Qazaryan isə cavabında deyib ki, hökumət qərarlarında məcburi köçkünlər müvəqqəti müdafiə altında olan şəxslər kimi qeyd olunub, onlara qaçqın statusu nəzərdə tutulmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31