Qax-Zaqatala avtomobil yolunda bərpa işləri davam edir

Azərbaycan Respublikası Prezidentinin sərəncama əsasən, “Azəravtoyol” ASC tərəfindən R16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun yenidənqurulması işləri texnoloji ardıcıllığa riayət olunmaqla və keyfiyyətlə davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin sərəncama əsasən, "Azəravtoyol" ASC tərəfindən R16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun yenidənqurulması işləri texnoloji ardıcıllığa riayət olunmaqla və keyfiyyətlə davam etdirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, hazırda uzunluğu 29,8 km olan avtomobil yolunun Qax rayonu ərazisindən keçən 8,4 km-lik hissəsində torpaq işləri görülür, yeni yol yatağı və yol əsasınin tikintisi işləri aparılır. 3-cü texniki dərəcəyə uyğun yenidən qurulan yolun torpaq yatağının eni 12 m, hərəkət zolağının sayı 2 olmaqla hər bir zolağın eni 3,75 m, çiyinlərin bərkidici zolaqla birgə eni 2,5 m-dir. Ümumilikdə yolun 320 min m2 sahəsinə 3 qat olmaqla və 22 sm qalınlınğnda asfalt-beton örtüyünün salınması nəzərdə tutulur. Tikinti işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə 75 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işi aparılacaq. Layihə reallaşdırıldıqdan sonra Qax və Zaqatala rayonları arasında hazırda istifadə olunan 46 km-lik məsafə qısalaraq 36 km olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31