Gündəm

Qadınların şəxsi inkişafı üzrə təlimləri başa çatıb

8 İyun 2017 14:35

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu müsəlman ölkələrində qadınların sosial aktivliyini artırmaq, peşə təhsilini inkişaf etdirmək, onların əmək bazarında iş tapmaq imkanlarını asanlaşdırmaq, fərdi inkişafına dəstək vermək məqsədilə bu il İƏT-ə üzv ölkələrdə qadınların peşə ixtisaslarına yiyələnməsi üzrə silsilə təlim və tədbirlər həyata keçirir.Azərbaycanda bu təlimlər Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilir və bu il bir sıra ödənişsiz təlimlərin keçirilməsinə start verilib.

Hazırlıq qrupları yenidən bərpa olunur

8 İyun 2017 14:33

“Təhsil haqqında” qanunda dəyişikliklər ediləcək. “Olaylar” xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Onun sözlərinə görə, artıq qanun lahihəsi sözügedən komitədə müzakirə edilib: “Müzakirəyə çıxarılan sənəd ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qruplarının təşkilini nəzərdə tutur.

Xələf Xələfov Polşada səfərdə olub

8 İyun 2017 14:32

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə ölkəmizin iqtisadiyyat, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi, kənd təsərrüfatı və dəmir yolu sahələri üzrə səlahiyyətli dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Polşa Respublikasında səfərdə olub.

Azərbaycan və Əfqanıstan arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib

8 İyun 2017 14:31

Məlum olduğu kimi, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdədir. Səfər çərçivəsində S.Müslümov Əfqanıstan İslam Respublikasının əmək və sosial məsələlər üzrə naziri Faizullah Zaki İbrahimi ilə görüşüb.

Azərbaycanda oyunlarla bağlı “Bizim Game Zone” adlı veriliş yaradılıb- VİDEO

8 İyun 2017 14:27

Azərbaycanlı həvəskar gənclər YouTube şəbəkəsi üzərindən “Bizim Game Zone” adlı maraqlı bir veriliş layihəsi həyata keçiriblər. Verilişin mahiyyəti isə video oyunlar haqqında insanları marifləndirmək və məlumat verməkdir. Veriliş qısa müddət ərzində Azərbaycanlı oyunsevərlər və oyun həvəskarları arasında marağa səbəb olub.

Şagirdi ilə intim münasibətdə olan qadın müəllim tutuldu

8 İyun 2017 14:23

Şagirdi ilə intim münasibətdə olan və ona lüt şəkillərini göndərən qadın müəllim 6 ay müddətinə həbs olunub. Ərdə olan 28 yaşlı Virciniya Hinkli 16 yaşlı şagirdi ilə cinsi əlaqədə olub və şagirdinə deyib ki, "bu barədə kiməsə danışmasan, daha yaxşı olar".

Sevgilisi Fəridənin evində başından vurulmuş vəziyyətdə tapıldı - MÜƏMMALI QƏTL - VİDEO

8 İyun 2017 14:22

Türkiyədə özbək sevgilisi Feride Bayramovanın evində başından vurulmuş vəziyyətdə tapılan Prezident Mühafizə İdarəsinin polisi Ramazan Özçelikin ölümüylə əlaqədar şübhələr artır. 

Əli Həsənov: Birinci vitse-prezidentlik institutu Azərbaycanın əsas hədəflərini uğurla həyata keçirəcək bir qurum olacaq

8 İyun 2017 14:18

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda çoxsaylı işlərə imza atıb. Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının X konfransında deyib

İran Təhlükəsizlik Nazirliyi: "Terroru vəhhabi və təkfirçi qruplar törədib"

8 İyun 2017 14:16

İran Təhlükəsizlik Nazirliyi iyunun 7-də Tehranda terror aktları törədən şəxslərlə bağlı bəzi məlumatlar açıqlayıb. Nazirlikdən bildirilib ki, İmam Xomeyinin türbəsi və parlament binasında terror törədənlərin şəxsiyyəti müəyyənləşdirilib: "Vəhhabi və təkfirçi qruplara bağlılığı olan 5 nəfər İŞİD-ə üzv olduqdan sonra Mosul və Raqqada terror əməliyyatlarında iştirak ediblər.

ETSN: Quba “Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsində aşınma gedir

8 İyun 2017 14:13

“Biz Quba şəhərindəki “Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsindəki ərazidə bu ilin aprel ayında müəyyən geoloji işlər aparmışdıq. Hazırda orada aşınma prosesləri gedir”. Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Qafqaz Müsəlmanları İdarəsi Kərbəla, Nəcəf və Məşhədə ziyarətlər təşkil edir

8 İyun 2017 14:11

Qafqaz Müsəlmanları İdarəsi(QMİ) Kərbəla, Nəcəf və Məşhəd şəhərlərində yerləşən müqəddəs yerlərə ziyarətlər təşkil edir. QMİ-dən  verilən məlumata görə, ziyarətlər peşəkar dini bələdçilərin müşayiəti ilə həyata keçirilir. Ziyarətçilərə nəqliyyat vasitəsi olaraq avtobus və ya təyyarə seçmək imkanı verilir.

Mərkəz sədri: "Suriya ərazisi ABŞ-İran hərbi qarşıdurması məkanına çevrilir"

8 İyun 2017 14:07

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanından başlayan ilk xarici səfər turnesinə çıxdı. D. Trampın Səudiyyə Ərəbistanına səfərinə sayılı günlər qalmış ABŞ Suriya hökumət qoşunun hərbi kolonuna atəş açdı. Bu kolona İran hərbçiləri başçılıq edirmiş. Buna görə də ABŞ hərbçiləri bu kolonu özləri uçun təhlükəli hesab edərək, bombardman ediblər. Daha maraqlısı odur ki, ABŞ Suriyadakı İrana məxsus qüvvələri bombalayarkən Rusiyaya əvvəlcədən məlumat veribmiş. Bununla da ABŞ İranın Suriyadakı iştirakından narazı olduğunu bildirdi. Eləcə də İran ABŞ-ın Suriyada deeskalasiya prosesinə qoşulmasının əleyhinədir". Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Mustafanın keçmiş arvadı məhkəməlik oldu

8 İyun 2017 14:04

Tanınmış vəkil Aslı Çelik Hatemi müğənni Mustafa Cecelinin keçmiş həyat yoldaşı, müştərisi olanSinem Cecelini məhkəməyə verir.  Vəkil Sinemi onu haqsız yerə boşanma prosesindən azad etməkdə günahlandırıb və ondan 100 min lirəlik (təxminən 50 min manat) mənəvi təzminat tələb edib. 

Davudoğlu həbs oluna bilər

8 İyun 2017 13:58

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu Fəthullah Gülən hərəkatı ilə əlaqələrinə görə həbs oluna bilər. Məlumatlara görə, bununla əlaqədar daha bir neçə keçmiş nazirin həbsi gözlənilir.

İranın təhlükəsizlik naziri: “Səudiyyə Ərəbistanının dünyada terror hadisələrini dəstəkləməsinə şübhə yoxdur”

8 İyun 2017 13:56

“Hələlik Səudiyyə Ərəbistanının bu terror hadisəsində rolu ilə bağlı fikir bildirmək tezdir”.  Bunu İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi terror hadisələrində yaralanan şəxslərə baş çəkərkən deyib. O bildirib ki, Səudiyyə Ərəbistanının dünyada baş verən terror hadisələrini dəstəkləməsinə heç bir şübhə yoxdur: “İraq və Suriyada terrorçuları səudiyyəlilərin dəstəkləməsinə dair izlər açıq görünür. Dünyada hamı bu düşüncədədir ki, terror qruplaşmalarının arxasında Səudiyyə Ərəbistanı dayanır və hətta onların ideoloji mərkəzi Səudiyyə rejimidir.  Lakin istəmirik sənədsiz, sübutsuz söz deyək. Ona görə, bu terror hadisəsini Səudiyyə Ərəbistanının törətdiyini söyləməyə tələsmirik. Hələlik məsələ araşdırılır”.