Hazırlıq qrupları yenidən bərpa olunur
“Təhsil haqqında” qanunda dəyişikliklər ediləcək. “Olaylar” xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Onun sözlərinə görə, artıq qanun lahihəsi sözügedən komitədə müzakirə edilib: “Müzakirəyə çıxarılan sənəd ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qruplarının təşkilini nəzərdə tutur.
8 İyun 2017 14:33 SosialBuraxılış imtahanlarında müvəffəqiyyət qazananlar universitetlərə qəbul olunacaqlar
"Təhsil haqqında" qanunda dəyişikliklər ediləcək. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Onun sözlərinə görə, artıq qanun lahihəsi sözügedən komitədə müzakirə edilib: "Müzakirəyə çıxarılan sənəd ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qruplarının təşkilini nəzərdə tutur. Məqsəd ölkəmizdə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq və bilik səviyyəsinin artırılmasına yardım etməkdir. Layihəyə görə, həmin hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar".