Türk dünyasının qlobal gücə çevrilməsində ən böyük yükün çiyninə düşür

"Qırğızıstanla müttəfiqlik anlaşması təkcə ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə xidmət etmir, çoxtərəfli, yəni TDT və C6 çərçivəsində gedən proseslərə də öz müsbət təsirini göstərəcək. Və bu anlaşma hörmətli xanım sədr, sizin Yeni Azərbaycan Partiyasının 8-ci qurultayında cənab Prezidentin ölkəmizin orta güc dövlətinə çevrilməsi haqda fikirlərini misal gətirdiniz bax bu yöndə atılan daha bir addımdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev parlamentin plenar iclasında çıxışı zamanı deyib: "Ümumiyyətlə, son bir neçə gündə gedən proseslərə diqqət yetirəndə orta güc dövlətinin təkcə nə olduğunu deyil, həm də bunun necə düşünülmüş şəkildə reallaşdırıldığını, xarici siyasətdəki strateji baxışın dərinliyini və taktiki addımların dəqiqliyini görməmək mümkün deyil. Mən ilk növbədə Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qardaş Türkmənistandakı məşvərət görüşlərini nəzərdə tuturam. Bu görüş nəinki C6-nın artıq tam formalaşdığını, həm də Azərbaycanın gələn il ona sədrliyinin yekdilliklə dəstəklənməsi ilə ölkəmizin bütövlükdə Xəzər hövzəsində oynadığı rolun böyüklüyünü və alternativsizliyini ortaya qoydu. Dövlətimizin C5-ə üzvlüyündən heç bir il keçməmiş artıq C6 formatında ona sədrliyinin təsdiqlənməsini mən məhz belə qiymətləndirirəm. Dövlətimizin Xəzər hövzəsində təsir və rolunun nə dərəcədə yüksək olduğunu isə dənizətrafı ölkələrin rəhbərlərinin sonuncu toplantısında məhz cənab İlham Əliyevin yaranmış ekoloji problemlə bağlı dediklərinin dəstəklənməsi bunun həlli üçün beştərəfli Dövlətlərarası Komissiya yaradılması və komissiyanın ilk rəsmi iclasının gələn il Bakıda keçirilməsi haqda qərar da təsdiqləyir.
Eyni şəhərdə MDB ölkələri dövlət başçılarının sammitinin keçirilməsini, o quruma gələn ildən qardaş Özbəkistanın sədrliyə, Azərbaycanın isə həmsədrliyə başlamasının heç də təsadüf olmadığı düşüncəsindəyəm. Multilateral birliklərə həmsədrlik formatında rəhbərlik Azərbaycanın irəli sürdüyü və reallaşdırdığı ideyadır ki, biz bunu öncə Qoşulmama Hərəkatında, indi isə MDB-də görürük. Ola bilsin ki, bu, kimlərəsə formal təsir bağışlasın. Amma məhz bu format zamanında bir dominantın ətrafında formalaşan qurumu çoxmərkəzli edir və burda hətta C6-nın çəkisinin daha ağır basdığı şübhəsizdir. Belə bir konstruksiyanı kimin yaratdığı da o sıradan təbii ki. Orta güc dövlətinin nə demək olduğunu və bunun hansı yollarla reallaşdırıldığını biz Kamboca baş nazirinin ölkəmizə rəsmi səfəri və səfər zamanı əldə edilən razılaşmalardan da görürük. Mən heç şübhə etmirəm ki, bu razılaşma nəticəsində Azərbaycanın bir çox şirkətləri bu dost ölkəyə onun çox ehtiyac duyduğu sərmayə qoyacaqlar. Sərmayənin isə təkcə iqtisadi dividend gətirmədiyi aydındır. Bəli,böyük alman mütəfəkkiri Fridrix Ratselin dövlətin canlı orqanizm olması haqda nəzəriyyəsi bu gün də qüvvədədir. Amma kim o nəzəriyyəyə 19-20-ci əsr reallığından  yanaşırsa, nə qədər güclü də olsa necə bir bataqlığa düşdüyünü qonşularımızdan birinin təcrübəsində görürük. Dövlətin güclənməsi indi ancaq onun təsirinin genişlənməsi ilə baş verə bilər ki, Azərbaycan bunun ən yaxşı örnəyini ortaya qoyur. Yeri gəlmişkən hörmətli xanım sədr parlament diplomatiyası çərçivəsində atılan addımlar, o sıradan Sizin Tanzaniyaya ötən həftəki səfəriniz də burada öz töhfəsini verməkdədir.
Qardaş Qırğız Respublikasıyla müttəfiqlik müqaviləsinə qayıdaraq onu da demək istəyirəm bax bu cür anlaşmalar türk dünyasının qlobal gücə çevrilməsinin məhz üfiqi, çoxmərkəzli idarəçilik əsasında reallaşdırılacağından xəbər verir. Burda çox önəmli olan məsələlərdən biri Mərkəzi Asiyadakı qardaş dövlətlərlə eyni dəyərləri bölüşməmiz, həmin dəyərlərin ilk növbədə milliliyə və sekulyarlığa əsaslanması, bunun təhsil sistemində də özünü göstərməsidir.  Bir sözlə, türk dünyasının qlobal gücə çevrilməsində ən böyük yükün dövlətimizin və dövlətimizin başçısının çiynində olduğunu görür, bunu alqışlayırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31