Gündəm

Neftçala sakinindən odlu silah götürülüb

8 İyun 2017 15:20

Neftçala şəhər sakinində silah-sursat aşkar edilib. DİN-dən verilən məlumata görə,  Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Neftçala rayon sakini Fərid Əsgərovdan "TT" markalı tapança, 1 ədəd patron darağı və 1 ədəd patron götürülüb. Ətrafında aparılan araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

17 yaşlı qızı şantaj edən tutulub

8 İyun 2017 15:19

İyunun 7-də İbrahim Novruzlu adlı şəxs Masazır qəsəbə sakini olan 17 yaşlı bir qızdan barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 50 manat pul alıb. DİN-dən verilən məlumata görə,  Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində almaqda şübhəli bilinən Biləsuvar rayon sakini İbrahim Novruzlu tutulub. Faktla bağlı araşdırma aparılır.

Velosiped oğrusu yaxalanıb

8 İyun 2017 15:18

Nəsimi rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 10-da  Bakı şəhər sakini Zaur Məmmədova məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Sevda Ağayeva tutulub, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Evdən qızıl oğurlayan qadın ələ keçib

8 İyun 2017 15:17

İyunun 2-də Lənkəran rayon ərazisindəki evlərdən birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Göyşaban kənd sakini Tamara Həsənova tutulub.

Bakıda telefon oğrusu tutulub

8 İyun 2017 15:16

Narimanov rayonunda mobil telefon oğrusu saxlanıb. DİN-dən verilən məlumata görə, iyunun 6-da Bakı şəhər sakini Seymur Əliyevin 2 ədəd mobil telefonunu oğurlanıb. Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini Elnur Rəhimzadə tutulub. Araşdırma aparılır.

Maşını qarət edənlərin əlləri qandallanıb

8 İyun 2017 15:15

Sumqayıt polisi maşınlara qənim kəsilən şəxsləri ifşa edib. DİN-dən verilən məlumata görə,  Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun  5-də Arzu Şəfiyevaya məxsus "Mazda" markalı avtomobildən içərisində 300 manat pul, sənəd və kosmetik əşyalar olan çantanı oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Alı Alıyev və Ceyhun Şirinov tutulublar. Araşdırma zamanı onların əvvəllər məhkum olunduqları müəyyən edilib.

Sosial mənzil almaq istəyənlər bunları bilməlidir

8 İyun 2017 15:11

"Sosial mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın qeydiyyatdan keçməsinə ehtiyac var". Bunu deyən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, ikinci mərhələdə vətəndaşlar mənzilin yerini yəni, otaqların sayı, həmçinin mərtəbələri seçmək hüququna malik olacaq: "Bir sözlə birinci mərhələdən fərqli olaraq bu imkan veriləcək ki, sosial mənzil alan şəxs alacağı mənzili seçmək hüququna malik olsun.

Gürcüstandakı zəlzələ Azərbaycanda evləri çatlatdı

8 İyun 2017 15:05

İyunun 7-də axşam saatlarında Gürcüstanda baş vermiş güclü zəlzələ Azərbaycanın Gürcüstanla sərhəd rayonlarına da təsirsiz ötüşməyib. Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyev açıqlamasında bildirib ki, zəlzələ rayon ərazisində ciddi hiss olunub: "Hadisə nəticəsində rayon mərkəzində və kəndlərdə evlərdə çatlar əmələ gəlib. Hazırda hadisə ilə bağlı yaradılmış komissiya yerlərdə mənzillərə və obyektlərə baxış keçirir. Hələlik evlərdə dağıntıların olub-olmaması barədə dəqiq məlumat yoxdur. Araşdırmalardan sonra fəsadlar barədə dəqiq məlumat bilinəcək".

Könül Xasıyeva: "Qışqırtıma bütün bina ayağa qalxdı"

8 İyun 2017 14:56

Xalq artisti Könül Xasıyeva aparıcı Hacı Nuran Hüseynovun "Həyat" verilişinin qonağı olub. K.Xasıyeva xəstəliyinin səbəblərindən danışıb. O, 2000-ci ildə baş verən zəlzələ zamanı ağır stress yaşadığını söyləyib: "46 gün Şəkidə xəstəxanda yatmışam. Yataqların başından tutub, gəzirdim, qışqırırdım. Mənə iynə vurub, gətiriblər Bakıya. İçdiyim dərmanlardan sonra kökəldim. Həmin vaxtdan sonra çalışmışam həyatımı, insanlarla münasibətimi elə tarazlayım ki, heç kimin xatirində xoşagəlməyən hərəkətim qalmasın. Hər gecə ölümə qol çəkib səhəri açmışam".

Uşaq hüquqları üzrə fərqlənən şagirdlərə sertifikatlar verilib

8 İyun 2017 14:50

2016-2017-ci tədris ilində Bakı şəhərinin hər bir rayonu və Qax, Zaqatala, Göygöl, Daşkəsən, Siyəzən, Qusar, Neftçala və Astara rayonları üzrə hər birində bir məktəb olmaqla, ümumilikdə 20 məktəbdə həyata keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına yekun vurulub.

Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib

8 İyun 2017 14:49

Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 25 illiyi və 28 May - Respublika Günü münasibətilə Pakistanın “Diplomatic Focus”, “Global Affairs” jurnallarında və bir sıra portallarda məqalələr dərc edilib. Məqalələrdə Azərbaycan dövlətçiliyinin təşəkkülü, ölkəmizin iqtisadi və turizm potensialı, erməni təcavüzü, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi barədə bəhs edilir.

Somalidə 60-dan çox hərbçi həlak olub

8 İyun 2017 14:44

Somalinin şimal-qərbində “Əş-Şəbab” terror qruplaşması Af Urur şəhərini ələ keçirib. Şəhərdə qeydə alınan toqquşmalar nəticəsində Somali ordusunun 61 hərbçisi həlak olub.

Temperatur 35 dərəcəyə yüksələcək

8 İyun 2017 14:41

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 17-20° isti, gündüz 27-32° isti, Bakıda gecə 18-20° isti, gündüz 30-32° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % təşkil edəcək.

Gəncədə 3 otaqlı ev yanıb

8 İyun 2017 14:36

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 131 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m2 sahədə və dam örtüyü 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Qadınların şəxsi inkişafı üzrə təlimləri başa çatıb

8 İyun 2017 14:35

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu müsəlman ölkələrində qadınların sosial aktivliyini artırmaq, peşə təhsilini inkişaf etdirmək, onların əmək bazarında iş tapmaq imkanlarını asanlaşdırmaq, fərdi inkişafına dəstək vermək məqsədilə bu il İƏT-ə üzv ölkələrdə qadınların peşə ixtisaslarına yiyələnməsi üzrə silsilə təlim və tədbirlər həyata keçirir.Azərbaycanda bu təlimlər Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilir və bu il bir sıra ödənişsiz təlimlərin keçirilməsinə start verilib.