Uşaq hüquqları üzrə fərqlənən şagirdlərə sertifikatlar verilib
2016-2017-ci tədris ilində Bakı şəhərinin hər bir rayonu və Qax, Zaqatala, Göygöl, Daşkəsən, Siyəzən, Qusar, Neftçala və Astara rayonları üzrə hər birində bir məktəb olmaqla, ümumilikdə 20 məktəbdə həyata keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına yekun vurulub.
8 İyun 2017 14:50 Sosial2016-2017-ci tədris ilində Bakı şəhərinin hər bir rayonu və Qax, Zaqatala, Göygöl, Daşkəsən, Siyəzən, Qusar, Neftçala və Astara rayonları üzrə hər birində bir məktəb olmaqla, ümumilikdə 20 məktəbdə həyata keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına yekun vurulub. "Olaylar" xəbər verir ki, İnsan Hüquqları aylığı çərçivəsində həmin məktəblərdə tədbirlər təşkil olunmuş və fərqlənən1231 şagird sertifikatla, 20 direktor və 62 müəllim təşəkkürnamə təltif edilib. Ombudsman Aparatının əməkdaşları sertifikatların təqdim edilməsi ilə bağlı keçirilən tədbirlərdə şagirdləri Müvəkkil Elmira Süleymanovanın adından təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb, hüquqlarını mükəmməl öyrənməyi, həmyaşıdlarına bu bilikləri aşılamağı və üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməyi, həmçinin məktəb rəhbərliyinə bu uşaqların bilik və bacarıqlarından yararlanmağı, məktəbin digər şagirdlərinin də uşaq hüquqları sahəsində biliklərə yiyələnmələrinə şərait yaratmalarını tövsiyə ediblər. Ümumilikdə 2009-2010-cu tədris ilindən etibarən hər il keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına ölkədəki 150-dən çox məktəb cəlb edilmiş, bu prosesdə fərqlənmiş 8700-dən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edilmiş, 700-dən çox müəllim və direktor təşəkkürnamə alıb.