Gündəm
Nazir müavini: "Maliyyə bazarlarına çıxış hələ də çətindir"
Azərbaycanda maliyyə bazarlarına çıxış hələ də çətindir, buna görə də investorlar vəsaitlərini səhmlərə qoyurlar. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.
Rusiya dolları süni şəkildə bahalaşdırmağa hazırlaşır
Rusiya Maliyyə Nazirliyi bəyan edib ki, ölkəyə kapital axınının zəiflədiyi yay aylarında valyuta bazarından dollar alışının həcmi artırılacaq və bununla da ölkənin valyuta ehtiyatları qorunacaq.
Ermənistan hərbçisi pul borcuna görə intihar edib
Ermənistan Silahlı Qüvvələri Sülhmərarmlı qoşununun baş əsgəri, 36 yaşlı Melik Xaçatryan bir neçə min dollarlıq borcuna görə özünü asıb. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, hərbi hissədə anbar müdiri işləyirmiş. Hərbçi qohumlarına ünvanladığı məktubda krediti və ayrı-ayrı şəxslərə bir neçə min dollarlıq borcu olduğunu, ancaq ödəyə bilmədiyini yazıb: “Mən bu borcları ödəyə bilmirəm. Dözmürəm”.
DGK: Gürcüstanla sərhəddə ticarətin asanlaşmasına xidmət göstərən mərkəz yaradılmalıdır
"Azərbaycan və Gürcüstan arasında sərhəd-keçid məntəqəsində ticarətin asanlaşdırılmasına xidmət göstərən mərkəzin yaradılması vacib məsələlərdəndir". Bunu bu gün Bakıda keçirilən Azərbaycan - Avropa İttifaqıbiznes forumunda çıxış edənDövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Şahin Bağırov bildirib.
DİN: Bakıda Mühafizə Xidməti əməkdaşları ilə mağaza işçiləri arasındakı qarşıdurma ilə bağlı 13 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi Bakıda Mühafizə Xidməti əməkdaşları ilə mağaza işçiləri arasında baş verən qarşıdurma ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
ABŞ dövlət katibinin müavini: “Azərbaycan yeni enerji mənbələri təklif etməklə, enerji təhlükəsizliyinə töhfə verir”
Vaşinqton şəhərinin ən tarixi və mötəbər binalarından biri olan “Endryu Melon Auditorium”da (Andrew Mellon Auditorium) minə yaxın qonağın iştirakı ilə 28 May - Respublika Günü və qarşıdan gələn Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli ziyafət təşkil edilib.
Azərbaycan 3 fətullahçını tutub Türkiyəyə ekstradisiya edir, biri pedaqoqdur
Azərbaycan hüquq-mühafizə orqanları Türkiyə tərəfindən axtarılan 3 fətullahçını saxlayıb və onların ekstradisiyasına dair qərar verib. Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, onlardan biri Taci Şentürkdür. Taci Şentürk bu gün xüsusi təyyarə ilə Türkiyəyə ekstradisiya ediləcək. Onun Türkiyədə “FETÖ mənsubu” kimi həbs ediləcəyi gözlənilir.
ABŞ-da postsovet ölkələrindən olan kriminal avtoritetlər saxlanıldı
ABŞ-da Gürcüstan əsilli 15 kriminal avtoritet saxlanılıb. Nyu-York ştatı prokurorluğu saxlanılan şəxsləri mütəşəkkil cinayətkarlıqda ittiham edir. Polis Rusiya cinayətkar sindikatında adları hallanan keçmiş SSRİ-dən olan 33 nəfəri saxlayıb. Əməliyyatda Nyu-York ştatı polisi, Federal Təhlükəsizlik Bürosu, ABŞ immiqrasiya və gömrük nəzarəti Xidməti iştirak edib.
Erməni deputatın oğlu Belarusda tutuldu
Ermənistanın sabiq ətraf mühitin qorunması naziri, hazırda deputat olan Murad Muradyanın oğlu həbs edilib. Ermənistan KİV yazır ki, deputatın oğlu Soçidə tutulub və bu səbəbdən Muradyan parlamentin son iclasında iştirak etməyib.
Ermənistan İlqar Məmmədovun azad olunmasını tələb edir və sanksiyalarla hədələyir
İyunun 6-7-də Avropa Şurasının Nazirlər Kabinetində Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının yerinə yetirilməsi üzrə vəziyyət müzakirə edilib. Başqa məsələlərlə yanaşı, AİHM-nin “İlqar Məmmədov Azərbaycana qarşı” işi üzrə Qərarının icrasının gedişi müzakirəyə çıxarılıb.
ŞOK: Terrorçular İrana Ermənistandan keçib
İyunun 7-də Tehranda həyata keçirilən terrorun iştirakçıları İrana Ermənistan ərazisindən keçiblər. “OLAYLAR” -ın xəbərinə görə, belə bir maraqlı açıqlama ilə Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy çıxış edib. O, bildirib ki, Tehranda məlum qanlı aksiyanı həyata keçirən terrorçular bir müddət əvvəl Suriyadan Ermənistana gələn ermənilər arasında olub. Göksəl Gülbəy qeyd edib ki, Suriyadan gələn ermənilərlə birlikdə Azərbaycanın işğla altında olan ərazilərini yerləşdirilən terrorçular bir neçə dəfə İrana kəşfiyyat xarakterli səfərə də gediblər. Və həmin kəşfiyyat səfərlərinin nəticəsi olaraq Tehranda məlum terror aksiyası törədilib.
Naxçıvanda “Heydər Əliyev kuboku-2017” keçiriləcək
İyunun 11-də Naxçıvanda yeniyetmə oğlan boksçular arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinə start veriləcək. Yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Qırğızıstan, İran, Qazaxıstan, Macarıstan, Ukrayna və Özbəkistan yığmaları iştirak edəcək. “OLAYLAR”-ın GİN-in mətbuat katibliyinə istinadən verdiyi xəbərə görə, iyunun 14-də başa çatacaq turnirdə 100-ə yaxın boksçu 13 dəst medal uğrunda mübarizə aparacaq. Avropa birinciliyinə hazırlaşan Azərbaycan millisi yarışa baş məşqçi Vaqif Kazımovun rəhbərliyi altında 2 komanda ilə qatılacaq. Qeyd edək ki, 2001-2002-ci il təvəllüdlü boksçulardan təşkil olunacaq yığmalar Naxçıvana iyunun 10-da yollanacaqlar
“Leyli və Məcnun” Daşkənddə özbək dilində çapdan çıxdı
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan ədəbiyyatının dahi şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Daşkənddə “Extremum Press” nəşriyyatında çap olunub. Əsəri orjinaldan özbəkcəyə çevirən Özbəkistanın xalq şairi Camal Kamaldır.
Supermarketdə atışma: Ölənlər var
ABŞ-ın Pensilvaniya ştatının şimal-şərqində supermarketdə atışma baş verib. Hadisə yerinə gələn polis odlu silahdan açılmış atəşlə qətlə yetirilən 2 qadın və 2 kişi meyti aşkar edib. İnsident gecə saatlarında baş verib. Hadisə ilə bağlı araşdırma aparılır, cinayətin motivləri hələ məlum deyil.














