Rumıniya XİN rəhbəri Aİ-nin Gürcüstana dəstəyini və Rusiyanın qanunsuz seçkilərini şərh edib – ÖZƏL
10:34 SiyasətOlaylar.az xəbər verir ki, rumıniyalı nazir Rusiyanın Gürcüstan ərazisində keçirdiyi seçkiləri kəskin şəkildə pislədiyini və bu barədə aydın mövqe nümayiş etdirməyin vacibliyini bildirib. O qeyd edib ki, Avropa İttifaqı (Aİ) Gürcüstanın suverenliyini, eləcə də ölkənin güclü və dayanıqlı demokratiyaya çevrilməsini dəstəkləməyə hazırdır.
Nazir həmçinin vurğulayıb ki, Rumıniya energetika və infrastrukturlararası əlaqələrin gücləndirilməsi istiqamətində region ölkələri, o cümlədən Gürcüstanla danışıqlar aparır.
Aİ-nin dialoqdan yayınması barədə iddiaları təkzib edən Oana-Silviya Tsoyu bildirib ki, Avropa İttifaqı demokratiyanı qoruyan, açıq dialoqa hazır olan və müxalifətlə qeyri-qanuni mexanizmlərlə deyil, birbaşa seçkilərdə rəqabət aparan hökumətlərlə hər zaman əməkdaşlığa açıqdır.