Erməni deputatın oğlu Belarusda tutuldu

Ermənistanın sabiq ətraf mühitin qorunması naziri, hazırda deputat olan Murad Muradyanın oğlu həbs edilib. Ermənistan KİV yazır ki, deputatın oğlu Soçidə tutulub və bu səbəbdən Muradyan parlamentin son iclasında iştirak etməyib.

Başqa bir mənbənin məlumatına görə, Muradyanın oğlu Nver Muradyan narkotik ittihamı ilə Soçidə deyil, Belarusda həbs edilib. Muradyan Belarusa getsə də, oğlunu həbsdən xilas edə bilməyib.

Deputat oğlunun həbsi ilə bağlı açıqlama verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31