ABŞ-da postsovet ölkələrindən olan kriminal avtoritetlər saxlanıldı

ABŞ-da Gürcüstan əsilli 15 kriminal avtoritet saxlanılıb.  Nyu-York ştatı prokurorluğu saxlanılan şəxsləri mütəşəkkil cinayətkarlıqda ittiham edir. Polis Rusiya cinayətkar sindikatında adları hallanan keçmiş SSRİ-dən olan 33 nəfəri saxlayıb. Əməliyyatda Nyu-York ştatı polisi, Federal Təhlükəsizlik Bürosu, ABŞ immiqrasiya və gömrük nəzarəti Xidməti iştirak edib.

Saxlanılanlar soyğunçuluq, dələduzluq, narkotik və odlu silahla bağlı cinayətlərdə, o cümlədən sifarişli qətllər törətməkdə ittiham olunur. Sindikat üzvləri Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Florida və Nevada ştatları daxil olmaqla, müxtəlif ştatlarda fəaliyyət göstəriblər. Saxlanılanların hansı ölkənin vətəndaşı olduğu açıqlanmır.

27 nəfərin Rajden Şulaya və Zurab Canaşvilinin başçılıq etdiyi qruplaşma ilə bağlı olduğu deyilir. 18 nəfər artıq məhkəmə qarşısına çıxıb. Digərlərin məhkəməsi isə yaxın günlərdə keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31