Gündəm
Nabokovun kitabı təqdim ediləcək
İyun ayının 14-də Gənc Tamaşaçılar Teatrında görkəmli yazıçı Vladimir Nabokovun “Rus ədəbiyyatından mühazirələr” kitabının təqdimatı keçiriləcək. Təqdimat mərasimi saat 17:00-da başlayacaq, 19:00-a qədər davam edəcək.
Bilik Fondu Qubada və Bərdədə maarifləndirici mühazirələr təşkil edib
Bilik Fondu əhalinin ideoloji, sosial və elmi maarifləndirilməsi işinin daha da genişləndirilməsi, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin ölkə əhalisinə çatdırılması məqsədilə silsilə maarifləndirici mühazirələrini davam etdirir.
Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ
İyunun 14-ü I sinfə qəbulun ilk mərhələsi yekunlaşır. 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulu üzrə onlayn qeydiyyatdan keçmiş valideynlər övladının sənədlərini məktəbə təqdim etməlidirlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, I sinfə qəbul prosesində elektron qeydiyyata alınan ərizələr üzrə sənədlər iyunun 14-nə kimi məktəbə təqdim olunmadığı halda həmin ərizə üçün verilmiş sorğu sistemdən silinəcək. Valideynlərdən xahiş olunur ki, iyunun 14-nə kimi sənədlərini məktəbə təqdim etsinlər.
Gürcüstanda əcnəbilərə torpaq satılmayacaq
“Gürcüstanda vətəndaşlığı olmayan şəxslərə torpaq sahələri satılmayacaq”. Bunu Gürcüstan baş naziri Georgi Kvirikaşvili bu gün hökumətin iclasında bildirib. Onun sözlərinə görə, Gürcüstan vətəndaşlığı olmayan şəxslərə torpaq satılmayacaq: “Biz bu barədə qərar qəbul etmişik. Məsələ ilə bağlı hakim partiya ilə məsləhətləşmələr keçirilib”. Baş nazir qeyd edib ki, Gürcüstanda dövlət və yerli hakimiyyət orqanları, habelə vətəndaşlığı olan şəxslər torpaq ala biləcək.
“Hücumlar istənilən vaxt həyata keçiriləcək” - Rusiyanı TƏHDİD ETDİLƏR
"ABŞ ərazisindən Rusiyaya hər gün haker hücumları edilir". Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, hücumların hədəfləri arasında Rusiya prezidentinin saytı da var. Dünən isə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər ki, Amerika xüsusi xidmət orqanları Rusiyanı kiberhücumlarla hədələyirdilər. Onlar KİV-lər vasitəsilə göstərirlər ki, istənilən vaxt Rusiya infrastrukturunun əsas obyektlərinə hücüm edə bilərlər.
Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi əvvəlki yerində sərnişinlərə xidmət göstərəcək
İyunun 10-da Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi əvvəlki yerində sərnişinlərə xidmət göstərəcək. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub. Bildirilib ki, köçürülmə ilə əlaqədar olaraq Bakı Nəqliyyat Agentliyi ərazidə hərəkətin təhlükəsizliyi baxımından önəmli olan vacib tədbirlərin icrasını həyata keçirib. Nəqliyyat Mübadilə Mərkəzinin perronlarına daxil olacaq avtobusların sürətini azaldan xüsusi maneələr quraşdırılıb. Marşrutlar üzrə avtobusların hansı dayanacağa daxil olması ilə bağlı məlumat löhvələri qoyulub. Həmçinin dayanacaq pavilyonlarının üzərinə də bununla bağlı məlumatlar qeyd edilib.
Göygöldə sahibkarlara güzəştli kredit verilib
İyunun 8-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin maarifləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində növbəti işgüzar forumunu Göygöl rayonunun Xəqani kəndində keçirib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Forumda sahibkarlarla Göygöl rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, prioritet hesab olunan cins heyvandarlıq, üzümçülük, kartofçuluq və arıçılıq təsərrüfatlarının, süd və meyvə emalı və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
“Azərbaycan qəzetində parlament hesabatları və şərhlər” adlı kitabının III cildinin təqdimatı
İyunun 8 – də BMM - də Bakı Dövlət Universitetinin professoru, görkəmli tədqiqatçı Şirməmməd Hüseynovun "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 - aprel 1920)” adlı kitabının III cildinin təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində keçirilən tədbirlər silsiləsindəndi. Tədbirdə Milli Məclisin deputatları, yazıçılar, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DİN şagirdlərin ölümü ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda iki məktəblinin öldüyü qəza ilə bağlı məlumat yayıb.“Olaylar” DİN-ə istinadən xəbər verir ki, iyunun 7-də saat 12 radələrində Lənkəran rayonunun Liman şəhəri ərazisində şəhər sakini Xalid Səfərli idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə X.Səfərli və sərnişini Qumbaşı kənd sakini Kənan Səfərli hadisdə yerində ölüblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, qəzada ölən Xalid Səfərli və Kənan Səfərli 11-ci sinif şagirdi idilər. Xalidin idarə etdiyi “Mercedes” markalı avtomobil atasının olub.
Tarixi Muzeyinin 2016-cı il nəşrlərinin təqdimatı
Tarixi Muzeyində Muzeyin 2016-cı il nəşrlərinin təqdimat mərasimi keçirilib. Muzeydən “Olaylar” – a bildirilib ki, təqdimatda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, M.F.Axundov adına Azərbaycan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb ü.f.d. Leyla İmanova, tarixçi alimlər, muzeyşünaslar, Muzey əməkdaşları, mədəniyyət xadimləri, tələbələr, kitabsevərlər və media işçiləri iştirak ediblər.
Muğam Mərkəzində Caz triosu
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində caz layihəsi çərçivəsində dünyaca tanınmış musiqiçilər Elçin Şirinovun (Azərbaycan), Linley Marthe (Fransa) və Stephane Galland (Belçika) bir arada çıxış ediblər.
"Nardaran işi" Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı
Bu gün Bakı Apellyasiya Məhkəməsində "Müsəlman Birliyi" adlanan təşkilatın həbsdə olan sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Terrorçular məscidə hücum etdi: 14 ölü, 40 yaralı
"Boko Haram" terror qruplaşmasının Nigeriyanın şimal-şərqindəki Mayduquri şəhərinə hücumu nəticəsində azı 14 nəfər həlak olub. Hücum yerli məscidə baş verib Hadisə nəticəsində daha 40 nəfərin yaralandığı bildirilir. Nigeriya polisi bildirib ki, hücum edənlər zenit silahlarına malik olub.
Tehranda terakt törədənlər Suriya və İraqda terrorla məşğul olublar
İranda ötən gün terror aktları törətməkdə təqsirləndirilərək həbs edilən şəxslər bundan əvvəl Suriyanın Rakka və İraqın Mosul şəhərində terrorçuluqla məşğul olublar. Həmin şəxslər daha əvvəl İrandan gedərək İŞİD-in olduğu Rakka və Mosulda terrorçuluq fəaliyyəti göstəriblər. Lakin onlar terror aktı törətmək məqsədilə ötən il İrana qayıdıblar.
Ölkədə bütün demokratik prinsiplər, eləcə də fikir, söz və məlumat azadlığı təmin edilir
Azərbaycan müstəqillik əldə etdikdən sonra əsas diqqət yetirdiyi məsələlərdən biri də ölkədə demokratiyanı inkişaf etdirmək, onun başlıca prinsiplərini yüksək səviyyədə təmin etmək oldu. Düzdür, müüstəqilliyin ilk illərində bu addımları atmaq o qədər də asan məsələ deyildi. Bunun isə bir neçə səbəbi vardı. Birincisi, Azərbaycan yenicə müstəqillik əldə etmişdi.














