Tehranda terakt törədənlər Suriya və İraqda terrorla məşğul olublar
İranda ötən gün terror aktları törətməkdə təqsirləndirilərək həbs edilən şəxslər bundan əvvəl Suriyanın Rakka və İraqın Mosul şəhərində terrorçuluqla məşğul olublar. Həmin şəxslər daha əvvəl İrandan gedərək İŞİD-in olduğu Rakka və Mosulda terrorçuluq fəaliyyəti göstəriblər. Lakin onlar terror aktı törətmək məqsədilə ötən il İrana qayıdıblar.
8 İyun 2017 16:16 Dünyaİranda ötən gün terror aktları törətməkdə təqsirləndirilərək həbs edilən şəxslər bundan əvvəl Suriyanın Rakka və İraqın Mosul şəhərində terrorçuluqla məşğul olublar. Həmin şəxslər daha əvvəl İrandan gedərək İŞİD-in olduğu Rakka və Mosulda terrorçuluq fəaliyyəti göstəriblər. Lakin onlar terror aktı törətmək məqsədilə ötən il İrana qayıdıblar.
Qeyd edək ki, ötən gün İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub. Terror aktları nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb, 52 nəfər yaralanıb. Trend.az