Gündəm
Oqtay Əsədov: Azərbaycan Milli Məclisi Tehranda törədilmiş terror aktlarını qəti şəkildə pisləyir
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Tehranda törədilmiş terror aktları ilə əlaqədar İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricaniyə başsağlığı məktubu göndərib. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib. Məktubda deyilir: “Tehranda törədilmiş terror aktları nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi çox kədərləndirdi. Uzun illər ərzində erməni terrorundan əziyyət çəkən ölkə kimi Azərbaycanın Milli Məclisi olaraq biz Tehranda törədilmiş bu terror aktlarını qəti şəkildə pisləyirik. Bu qanlı cinayət hadisəsi bir daha göstərir ki, terrorçuluq bütün dünya üçün dəhşətli bir bəlaya çevrilib və biz parlamentarlar onun bütün təzahürlərinə qarşı birgə mübarizə aparmaq üçün səylərimizi əsirgəməməliyik”. Milli Məclisin sədri deputatların adından və şəxsən öz adından bu faciə ilə əlaqədar iranlı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.
Türkiyənin Azərbaycandakı səfiri: “Terror bütün dünyanı hədəfə almaqdadır”
“Türkiyənin terrora qarşı münasibəti məlumdur. Türkiyə terrordan çox əziyyət çəkən və bir çox vətəndaşını qurban verən ölkədir”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfir bildirib ki, terrorun harada baş verməsindən asılı olmayaraq, Türkiyə bunu ən sərt şəkildə qınayır, lənətləyir: “Türkiyə terrorun istənilən formasına qarşı çıxır. Türkiyə terrora, terrorçuya müxtəlif adlar verərək, terrorçular arasında bölgü aparılmasını, terrorçuların fərqləndirilməsini də qəbul etmir. Terror hər zaman terror, terrorçu hər zaman terrorçudur. Terrorun istənilən formasını qınayırıq”.
Siyavuş Novruzov: “Qanun qarşısında bu insanlar cavab verməlidirlər”
Bu məsələ hələ ötən il Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişiklərlə əlaqədar keçirilən referendumda öz əksini tapmışdı. Referendumun bir çox maddələri isnan hüquq və azadlıqlarını əks etdirsə də orada müəyyən struktur dəyişiklikləri də nəzərdə tutulmuşdu. Ümumxalq səsverməsi yolu ilə bu artıq qəbul olundu və hüquqi təsdiqini tapdı. Bundan sonra dövlətin strukturlarında müxtəlif dəyişikliklər və təkmilləşdirmə işləri aparıldı. Beləcə strukturların daha çox çevikliyi, mövcud iqtisadi, ictimai- siyasi proseslərə cavab verməsi ilə əlaqədar olaraq belə bir strukturlar yarandı və yeni təyinatlar həyata keçirildi. Hesab edirəm ki, bu, ilk mərhələdir. Bu cür digər aidiyyatı strukturlarda da müvafiq islahatlar aparılacaq. Bunun effektivliyi daha çoxdur. Çünki aylar, illər, günlər elə dövr edir ki, burada da çox çevik bir mexanizm tələb olunur. Bu çevik mexanizmin yaradılması üçün də struktur islahatlarına ehtiyac var idi.
Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının rəsmiləri ilə görüşüb
Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov səfər çərçivəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş Direktorunun müavini, Avropa və Orta Asiya üzrə regional direktor Haynz Koller və BƏT-in Məşğulluq siyasəti şöbəsinin direktoru Azita Berar Avadla görüşlər görüşlər keçirib.
İrəvanı etiraz dalğası bürüdü - VİDEO
Ermənistanda siyasi həbslərə qarşı etiraz aksiyası keçirilib. 2016-cı ilin iyul ayında siyasi həbslərə etiraz olaraq İrəvanda post-patrul alayını ələ keçirən 18 nəfər barəsində açılan cinayət işi məhkəməyə göndərilib.
Tarixçilər Quba məzarlığı haqda sərəncamı böyük rəğbətlə qarşıladılar
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın Quba məzarlığının son durumunun müzakirəsinə həsr olunmuş iclası keçirilib. İclasda Prezident İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzaladığı “Quba şəhərində “Soyqırımı memorial kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” sərəncam barədə institut direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov tarixçi-alimlərə ətraflı məlumat verib: “Soyqırımı memorial kompleksi” ilə bağlı sərəncam tarixçi-alimlər arasında böyük rəğbətlə qarşılanıb. Quba məzarlığı ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutudur”.
YAP Masallı rayon təşkilatının IX konfransı
Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarında konfransların keçirilməsi davam edir. Növbəti belə tədbir dünən partiyanın Masallı rayon təşkilatında keçirilib. Konfrans iştirakçıları əvvəlcə YAP-ın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Uşaq ölümündə təqsirləndirilən həkimdən 100 min manat təzminat tələb olundu
Sumqayıt şəhər məhkəməsində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ruqiyyə Səmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs İ.Qəmbərov ifadə verib. Təqsirləndirilən həkim bildirib ki, ona qarşı saxta ittihamlar irəli sürülüb və işi araşdıran müstəntiq qərəzli mövqedədir. Təqsirləndirilən şəxsin vəkili bildirib ki, ittihamların saxta olması barədə növbəti prosesdə sənədləri məhkəməyə təqdim edəcək.
Messi otel sahibi oldu
"Barselona" ilə yeni müqaviləni razılaşdıran Lionel Messi İspaniyada otel alıb. Argentinalı forvardın yeni oteli Barselonanın 40 km cənub-qərbində yerləşir. 30 yaşlı hücumçunun Sitjes qəsəbəsində olan 4 ulduzlu yeni otelinin qiyməti təxminən 30 milyon avro dəyərindədir. 2013-cü ildə inşa edilən binada 77 otaq mövcuddur. Dəniz kənarında yerləşən otelin bir gecəsi 250-300 avro təşkil edir.
Xəstəxanaya yerləşdirilən azərbaycanlı deputatdan XƏBƏR VAR - YENİLƏNİB
Millət vəkili Hüseynbala Mirələmov insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Mərkəzi Klinik Xəstəxanadan verilən xəbərə görə, hazırda deputatın müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti stabildir.
Vaqif Əsədovdan qüvvəyə minməyən işarələrlə bağlı sürücülərə MÜRACİƏT
DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov sürücülərə müraciət edib. Polkovnik bildirib ki, paytaxtda qüvvəyə minməyən işarələr var. Onun sözlərinə görə, həmin işarələr yerə sərilib: "Yerə sərilən işarələr nə vaxt dikələcəksə, onda da qüvvəyə minəcək. Ola bilsin həmin ərazilərdə yaxın müddətdə tikinti olacaq. Hazırda həmin işarələr heç kimə mane olmayacaq bir yerdə yerə sərilib. İşarə üzərində olan lövhəcikdə yazılan tarixdən qüvvəyə minəcək".
Sərxan və Təranə qalmaqalına Musadan reaksiya: "Mənim elə dostum yoxdur"
"Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" realiti-şousunda qalmaqallar bitmək bilmir. Proqramın son bölümlərində aktyor, aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Təranə Qumral arasında mübahisə yaşanıb. Tərəflər dəfələrlə bir-birinin ünvanına təhqirlər səsləndirib. S.Kərəmoğlu T.Qumralın müğənni həyat yoldaşı Musa Musayevlə dost olduğunu deyib: "Onun yoldaşı Musa mənim dostumdur, xətrini dünyalar qədər istəyirəm. Çünki Musayev soyadına hörmət edirəm. Canlı əfsanə olan Niyaməddin Musayevə görə hörmətim var onlara. Təranədən əvvəl Musanı tanımışam".
Türkiyə Qətərə ordu yeritdi: Hərbi müqavilənin şok detalları
Türk Silahlı Qüvvələrinin Qətərdə yerləşdirilməsinə dair bağlanan müqavilənin detalları məlum olub. Müqavilənin təfərrüatları bu şəkildədir: Müqavilənin şərtlərinə görə, Qətərdə yaradılacaq baza üçün Türkiyə heç bir xərc çəkməyəcək. Bütün xərcləri Qətər öz üzərinə götürəcək. Qətərin ABŞ-Səudiyyə Ərəbistanı cəbhəsinin hədəfində olduğu bir zamanda türk əsgəri Qətəri qoruyacaq legioner rolunu oynayacaq.
Rusiyada şaurmadan 50 nəfər zəhərlənib
Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhərində şaurmadan 50 nəfər zəhərlənib. Bu gəstərici son 3 gün ərzində qeydə alınıb. Təkcə bu gün xəstəxanaya zəhərlənmə ilə bağlı 10 nəfərin müraciət etdiyi bildirilib. Zəhərlənən şəxslər ticarət məntəqələrinin birindən şaurma aldıqlarını deyib.
Eyfel qülləsi yenə işıqları söndürəcək - Bu dəfə İrana görə
Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin işıqları İranda baş vermiş terror aktları ilə əlaqədar söndürüləcək. Bu barədə Parisin meri Ann İdalqo “Twitter” səhifəsində yazıb. O, qüllənin işıqlarının bu gecəyarısı söndürüləcəyini bildirib.






.jpg)







