Gündəm

Diqqət: Yaxşı qidalanmaq üçün bu 10 tərəvəzdən istifadə etmək vacibdir!

8 İyun 2017 19:10

Balanslı şəkildə qidalandığınızdan əmin olmaq üçün qabınızın yarsını tərəvəzlə doldurun. Lif və antioksidanlarla zəngin, kaloridən qıt tərəvəzlərə həyatınıza (və qabınıza) daha çox yer açmalısınız.

Selena Qomes nişanlanır

8 İyun 2017 19:05

Məşhur aktrisa və müğənni Selena Qomes ailə həyatı qurmağa hazırlaşır. O, "The Weekend" kimi tanınan 27 yaşlı kanadalı reper Abel Tefaye ilə nişanlanmaq niyyətindədir. Nyu-Yorkda sevgilisi ilə birlikdə gecə klubuna yollanan 24 yaşlı Selena Qomes nişan və toyla bağlı reportyorların suallarını cavablamaqdan boyun qaçırıb. 

Mətbəxdəki yemək qoxusundan qurtulun – SADƏ ÜSUL

8 İyun 2017 18:56

Evdar xanımların daha çox vaxt keçirdiyi yer mətbəxdir. Mətbəxdə hazırlanan hər yeməyin də qoxusu ətrafa yayılır. Xüsusilə yemək bişirdikdən sonra otağa hopan qoxu bir müddət sonra insanı narahat edir, ürək bulandırır. Bu qoxuları yox etmək üçün fərqli spreylər istifadə edilir. Ancaq bu spreylərin əvəzinə qoxular əleyhinə möhtəşəm bir təklifimiz var.

Pike: "Yoxsa, məni separatçı hesab edirsiniz?"

8 İyun 2017 18:49

İspaniya - Kolumbiya (2:2) oyunu zamanı Pike yenidən azarkeşlər tərəfindən fitə tutulub. Katalon müdafiəçi matçdan sonra jurnalisləri bu məsələni qızışdırmaqda ittiham edib. "Buna niyə diqqət yetirirlər? Futbol haqqında danışmaq mümkün deyil? Siz jurnalistlər buna o qədər əhəmiyyət verirsiniz ki, 1 il yarımdır ancaq bu barədə sual verirsiniz. Son vaxtlar bu hal səngimişdi. Media isə sorğu keçirdi ki, Pikeni fitə tutmaq olar, ya yox. Məni separatçı hesab edirsiniz? Heç vaxt separatizm barədə danışmamışam. İspaniya millisində çıxış etdiyimə görə xoşbəxtəm və buna layiq olduğumu oyunla göstərməyə çalışıram".

"Milan" 2 futbolçuya 50 milyon avro xərcləyəcək

8 İyun 2017 18:48

"Milan" "Lazio"dan 2 futbolçunun transfer etməyə yaxındır. "Rossoneri" Keyta Balde və Lukas Biqliyanı 50 milyon avro qarşılığında heyətinə qatmaqla bağlı paytaxt klubu ilə razılığa gəlib. Eyni zamanda bonus ödəmələri də nəzərdə tutulub. "Milan"ın qarşısında duran əsas vəzifə Keyta Baldeni yola gətirməkdir.

Azərbaycan yığmasının yeni forması

8 İyun 2017 18:45

Azərbaycan millisi bundan sonra "Nike" istehsalı olan formadan istifadə edəcək.

“Qarabağ” klubunun 6 rəqibi var

8 İyun 2017 18:44

"Çitro "Trapani"də daha 1 qala bilər, amma bunu istəmir. Çünki komanda növbəti mövsümdən C seriyasında yer alacaq". Bu sözləri italiyalı menecer Alberto Berqossi deyib. O, ölkəsinin mətbuatına açıqlamasında "Qarabağ"ın transfer siyahısında yer alan Nikola Çitronun gələcək karyerasını dəyərləndirib. 28 yaşlı hücumçunun agenti funksiyasını yerinə yetirən Berqossi bildirib ki, Çitronun "Trapani"də qalmaq ehtimalı yoxdu: "Nikolaya hələ ötən mövsümdən təkliflər gəlir. İnanıram ki, o, özü üçün ən doğru qərarı qəbul edəcək və yeni klubuna keçidi xeyrinə olacaq".

Xəstəxanadaxili infeksiyalarla mübarizədə Avropa standartları

8 İyun 2017 18:37

Müasir klinikalar, tibb ocaqlarında xəstələrin şəfa tapması üçün hər cür şərait var.  Lakin bura müalicə mərkəzi olmaqla yanaşı, həm də müxtəlif xəstələr tərəfindən gətirilən infeksiyalar düşə bilər. Bu baxımdan, xəstəxanaların dezinfeksiyası üçün ciddi və etibarlı metodlardan istifadə olunması böyük önəm daşıyır.

Ukraynadakı ABŞ səfirliyinə qarşı edilən terror Vaşinqtona cavabdır

8 İyun 2017 18:37

Ukraynanın paytaxtı Kiyevdə ABŞ səfirliyinin binasına qarşı terror aktının törədilməsi, bu ölkənin Ukraynaya verdiyi dəstək, həmçinin ABŞ-ın Şərqi Avropada öz hərbi gücünü artırmağına cavabdır. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

Emoməli Rəhmon İlham Əliyevi təbrik edib

8 İyun 2017 18:30

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

8 İyun 2017 18:28

Koreya Respublikasının Prezidenti Mun Ce-in prezident İlham Əliyevə təbrik mətubu göndərib. 

Astarada dənizkənarı park-bulvar kompleksinin ərazisi genişləndiriləcək

8 İyun 2017 18:27

Prezident İlham Əliyev Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Astara rayonunda mühüm infrastruktur layihələri həyata keçirilib, o cümlədən Modul tipli Elektrik və Qaz-Kompressor stansiyaları, Olimpiya İdman Kompleksi, Dövlət Bayrağı Meydanı, Gənclər evi, Boks Mərkəzi, dənizkənarı park-bulvar kompleksi, əlil və şəhid ailələri üçün 48 mənzilli 2 yaşayış binası inşa olunub, 90 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət evi əsaslı təmir edilib, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilib, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, iri emal müəssisələri yaradılıb, 10 mindən çox yeni iş yeri açılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb.

Sədaqət Vəliyeva: Azərbaycanda reallaşdırılan siyasət rasional və praqmatik xarakter daşıyır, elmi əsaslara söykənir

8 İyun 2017 18:25

“Bu gün Azərbaycan bütün istiqamətlər üzrə inkişafın yeni modelini dünya ictimaiyyətinin diqqətinə təqdim etməkdədir. Azərbaycanın siyasi, sosial, iqtisadi, humanitar, beynəlxalq münasibətlər və digər sektorlarda nümayiş etdirdiyi standartlar artıq xarici tədqiqatçıların, beyin mərkəzlərinin də araşdırma predmetinə çevrilməkdədir. Bütün bunlar isə bir daha sübut edir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanda reallaşdırılan siyasət rasional və praqmatik xarakter daşıyır, elmi əsaslara söykənir”.

Azərbaycan “EXPO 2017”də milli pavilyonu ilə təmsil olunacaq

8 İyun 2017 18:24

İyunun 10-da Qazaxıstanın paytaxtı Astana şəhərində “EXPO 2017-Gələcəyin enerjisi” Beynəlxalq sərgisinin təntənəli açılış mərasimi keçiriləcək. Azərbaycan “EXPO 2017” də Energetika Nazirliyinin təşkilatçılığı ilə hazırlanan milli pavilyonu ilə təmsil olunacaq.

Şəki sahibkarları üçüm yeni imkan

8 İyun 2017 18:22

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəki rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu Şəki rayonunda işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir: iri fermer, bağçılıq (fındıq, qoz, şabalıd), cins heyvandarlıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı), quru tütün saxlanılması üçün anbar, tütün emalı, süd emalı müəssisəsi və otelin yaradılması. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər. .