Gündəm

Nazir  vətəndaşları qəbul edəcək

9 İyun 2017 10:03

 İyunun 9 – d Səhiyyə naziri Oqtay Şirəliyev Qusar Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazirlikdən “Olaylar” – a bildirilib ki, nazir Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.  Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Faiq Quliyev media nümayəndələri ilə görüşdü

9 İyun 2017 10:00

3 saylı Şəhər Klinik Xəstəxanasında Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyev media nümayəndələri ilə görüş keçirib. Görüşdə qeyd edilib ki, ölkədə səhiyyənin digər istiqamətlərində olduğu kimi kardiologiya sahəsində də əhaliyə təqdim edilən müayinə və müalicə xidmətlərinin daha da yaxşılaşdırılması məqsədi ilə tədbirlər həyata keçirilir.   Nazirlikdən “Olaylar” - a bildirilir ki, tədbirdə ürək-damar xəstəliklərinin profilaktikası sahəsində ciddi tədbirlər görüldüyü,  hazırda kardio-vaskulyar xəstəliklərin diaqnostikası və müalicəsi üçün ölkədə hər bir şəraitin olduğu vurğulandı.  

Nazirlikdən arıçılara müraciət

9 İyun 2017 09:54

 Yaz fəslinin gəlişi ilə ölkənin arıçılıq təsərrüfatlarında bal arılarının (Apis mellifera L.) yetişdirilməsi, çoxaldılması, arıçılıq məhsullarının istehsalı və emalı üzrə fəaliyyət aktivləşir. Bununla əlaqədar vətəndaşlar tərəfindən arı ailələrinin yaşadığı qutuların meşə ərazilərində yerləşdirilməsi ilə bağlı çoxsaylı müraciətlər edilir.     Arıçılığın ənənəvi kənd təsərrüfatı sahəsi olmasını, arıçılıq fəaliyyətinin entomofil bitkilərin tozlandırılmasında əvəzsiz əhəmiyyətini nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi arıçı fermerlərə müraciət edərək bildirir ki, Nazirliyin istifadəsində olan bütün növ kateqoriyalı meşə ilə örtülü ərazilərə arı ailələrinin heç bir ödəniş olunmadan, müvafiq qaydada qeydiyyatdan keçmək yolu ilə yerləşdirilməsinə icazə verilir.

Tereza Mey yenidən Parlamentə üzv seçildi

9 İyun 2017 09:36

Britaniyanın baş naziri Tereza Mey parlamentə yenidən üzv seçilib. Baş nazir Berkşir qraflığının Meydenhed şəhərində qələbə qazanıb. Onun namizədliyinə 37 min insan səs verib. Ondan əvvəl İcmalar Palatasına Britaniyanın xarici işlər naziri Boris Conson, təhsil naziri Castin Qrininq, müdafiə naziri Maykl Fellon, həmçinin leyboristlərin lideri Ceremi Korbin seçilib.

Göyərtəsində 160 nəfər olan təyyarə tüstüləndi və...

9 İyun 2017 09:34

"Korean Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi pilotun kabinəsində tüstülənmə səbəbindən təcili eniş edib. Hava gəmisi Pusan – Fukuoka marşrutu üzrə hərəkətdə olub.

Günəş yanıqlarını necə sağaltmalı?

8 İyun 2017 20:03

Dərinin qızarması, qaşınması, yanğı hissi, qabıqvermə, baş ağrıları və ürəkbulanma əsasən gün yanıqlarının əmələ gətirdiyi əlamətlərdir. İnsanlar bu əlamətlərə günəş şüaları qəbul etdikdən sonra tutulurlar. Günəş altında qalmaq və gün şüası qəbul etməkdən hamının xoşu gəlir. Normal miqdarda və yuxarıdakı əlamətləri əmələ gətirməyəcək qədər günəş şüaları altında qalmaq orqanizm üçün faydalı sayılır. Amma həddindən artıq dəriyə təsir edən günəş şüalarının dəri xərçənginə səbəb olduğunu da unutmaq olmaz. Günəş yanıqlarına bəzən solyari qəbul edən zamanlarda da rast gəlmək mümkün olur. Çünki solyarı də dəriyə ultrabənövşəyi şüalarla təsir edir.

Subaylar oxusun! Gənc yaşda evlənməyin FAYDALARI

8 İyun 2017 19:55

Doğru insanla münasibətiniz varsa, erkən yaşda evlənmək sizə xoşbəxtlik gətirə bilər. Bəziləri gənc yaşda evlənməyə yaxşı baxmır, çünki sərbəstliyi əldən gedər deyə ehtiyat edir və ən əsası ailə məsuliyyəti gözlərini qorxuzur. Ancaq gənc yaşda evlənməyin də yaxşı tərəfləri varmış.

Smartfon kompası haker hücumlarından qorunmağa kömək edəcək

8 İyun 2017 19:50

Qurğuların səsli komandalardan istifadə etməklə idarə edilməsinin rahat funksiya olmasına baxmayaraq bu, hakerlərə müdaxiləyə imkan verir. İstifadəçilərin səs yazılarından yararlanan hakerlər telefona və ya səsin tanınması proqram təminatına malik istənilən qurğuya çıxış əldə edə bilirlər. Lakin ABŞ-ın Buffalo Universitetinin tədqiqatçıları tərəfindən smartfonlarda quraşdırılan kompasdan belə hücumların qarşısını almaq üçün istifadə üsulu müəyyənləşdirilib.

“WhatsApp” messencerində şəkil redaktoru və albom funksiyası istifadəyə verilib

8 İyun 2017 19:45

Smartfonların köməyilə çəkilmiş şəkillər ünsiyyət zamanı çox vaxt sözləri əvəz edir. Bu səbəbdən “WhatsApp” messencerinin yaradıcıları da populyar trenddən geri qalmaq istəmirlər: populyar messencerdə filtrlərə malik daha qabaqcıl şəkil redaktoru, həmçinin şəkillərin albomlar üzrə qruplaşdırılması əlçatan olacaq. Hazırda sözügedən yeniliklər mobil proqramın yalnız “iOS” versiyasında istifadəyə verilib.

Süni intellekt yoxsulluq və aclıqla mübarizədə kömək edə bilər

8 İyun 2017 19:40

Cenevrədə keçirilən "Süni intellekt naminə" Ümumdünya sammitinin iştirakçıları olan aparıcı şirkətlərin liderləri, akademik dairə və elmi tədqiqat institutlarının nümayəndələri, həmçinin hökumət nümayəndələri “ağıllı” maşınların yoxsulluq və aclıqla mübarizədə, insanların təhsil almasında, səhiyyədə, ətraf mühitin mühafizəsində rolunu müzakirə edirlər. Forumun nümayəndələri, həmçinin robotlaşdırma və bu proseslə bağlı bütün başqa risklərin mümkün nəticələrini müzakirə edəcəklər.

“iOS 11” sükan arxasında smartfondan istifadəni qadağan edəcək

8 İyun 2017 19:35

Payızda istifadəyə veriləcək yeni “iOS 11” əməliyyat sistemində “Do Not Disturb While Driving” (“Sükan arxasında narahat etməyin” - DNDWD) adlı maraqlı və faydalı funksiya quraşdırılıb. “Sükan arxasında narahat etməyin” barəsində çoxdan şayiələrin yayıldığı avtomatik rejimdir.  Funksiya sürücüyə hərəkət zamanı smartfondan istifadəni qadağan edir.  

“CHAARGO” portmaneti cihazları məsafədən enerji ilə dolduracaq

8 İyun 2017 19:30

Cari ilin iyulunda təqdim ediləcək “CHAARGO” adlı qeyri-adi simsiz enerjidoldurma qurğusu cihazların şarj problemini həll edəcək. “CHAARGO” – bu, portmanet formasında 4000 milliamper/saat tutuma malik nazik enerjidoldurma qurğusudur. Cihazı enerji ilə doldurmaq üçün onu portmanetin üzərinə qoymaq kifayətdir.

Gil maskaları dərini təravətləndirir

8 İyun 2017 19:26

Dənizin dərin qatlarından çıxarılan boz kosmetik gil nəmləndirici və tonuslandırıcı keyfiyyətə malikdir. Əsasən çox quru dərisi olanlar ondan istifadə edirlər. Dəriyə və orqanizmə dərin detoksiyaedici təsir göstərir. Tərkibində mineral duzlar və mikroelementlər olan mavi kosmetik gildən adətən yağlı üz dərisi olan xanımlar istifadə edirlər. Mavi gil sızanaq və çivzələrin əmələ gəlməsinin qarşısını alır, dəridəki yaraların sağalmasını sürətləndirir, üz dərisinin təmizlənməsi və rənginin yaxşılaşması üçün əvəzsiz vasitə sayılır. Dərini cavanlaşdırır, ona elastiklik və möhkəmlik verdiyi üçün ondan mimik qırışların hamarlanmasında istifadə edilir, mavi gil həm də çil və piqment ləkələrini açır.

İngilis alimləri: Qadın 31 yaşında daha cazibədar olur

8 İyun 2017 19:20

Britaniya alimləri hesab edirlər ki, qadın 31 yaşında cazibədarlığının zirvəsinə çatır. Bu yaşda qadın həm təbii gözəlliyə, həm özünə inam hissinə, həm üslub duyğusuna malik olur. Bu isə artıq yetkin qadınları yeniyetmə qızlardan fərqləndirir.

Sahurda və iftarda yediyimiz hansı yeməklərə diqqət etməliyik?

8 İyun 2017 19:15

Ramazan ayı boyunca sahurda və iftarda yediyimiz yeməklərə diqqət etməliyik. Sahur zamanı süd, pendir, yağ kimi yeməklərə üstünlük verilməlidir. Şorba, tərəvəz və zeytun yağlı yeməklərdən də istifadə etmək olar. Çalışmaq lazımdır ki, kəpəkli çörəkdən istifadə edək. Sahur vaxtı plov, paxlalı şeylər yemək insan mədəsinə çox ziyandır. İnsanın gün ərzində tez acmasına səbəb ola bilər. Çox yağlı və duzlu yeməklərdən uzaq durulmalıdır. İftarda çalışmaq lazımdır bir dəfəyə yediyimiz yeməkləri 3-4 dəfəyə yeyək.