Faiq Quliyev media nümayəndələri ilə görüşdü
3 saylı Şəhər Klinik Xəstəxanasında Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyev media nümayəndələri ilə görüş keçirib. Görüşdə qeyd edilib ki, ölkədə səhiyyənin digər istiqamətlərində olduğu kimi kardiologiya sahəsində də əhaliyə təqdim edilən müayinə və müalicə xidmətlərinin daha da yaxşılaşdırılması məqsədi ilə tədbirlər həyata keçirilir. Nazirlikdən “Olaylar” - a bildirilir ki, tədbirdə ürək-damar xəstəliklərinin profilaktikası sahəsində ciddi tədbirlər görüldüyü, hazırda kardio-vaskulyar xəstəliklərin diaqnostikası və müalicəsi üçün ölkədə hər bir şəraitin olduğu vurğulandı.
9 İyun 2017 10:00 Sosial3 saylı Şəhər Klinik Xəstəxanasında Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyev media nümayəndələri ilə görüş keçirib. Görüşdə qeyd edilib ki, ölkədə səhiyyənin digər istiqamətlərində olduğu kimi kardiologiya sahəsində də əhaliyə təqdim edilən müayinə və müalicə xidmətlərinin daha da yaxşılaşdırılması məqsədi ilə tədbirlər həyata keçirilir.
Nazirlikdən "Olaylar" - a bildirilir ki, tədbirdə ürək-damar xəstəliklərinin profilaktikası sahəsində ciddi tədbirlər görüldüyü, hazırda kardio-vaskulyar xəstəliklərin diaqnostikası və müalicəsi üçün ölkədə hər bir şəraitin olduğu vurğulandı.
Görüşdə son zamanlar infarktın dünyada olduğu kimi, ölkəmizdə də gəncləşməsi müşahidə edilir. Aparılan bir sıra tədqiqatlara əsasən müəyyən edilib ki, 65 yaşdan yuxarı qeyd edilən ürək-işemik xəstəliklərinin 52 faizi qadınlarda, 48 faizi isə kişilərdə təsadüf edilir.
Dünyada aparılan tədqiqatlara əsasən bu növ xəstəliklərin yaranmasında genetik faktor ciddi təsir edir. Bundan əlavə bu xəstəliklərin yaranmasının əsas səbəbləri sırasında qohumlar arasında nigahlar, psixoemosional gərginliyin artması, oturaq həyat tərzinin yayılması, qeyri-düzgün qidalanma və bir sıra digər məqamları misal çəkmək olar.