Gündəm

Sloveniya ilə siyasi məsləhətləşmələr aparılıb

9 İyun 2017 12:01

Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Sloveniya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə Sloveniyada rəsmi səfərdə olub. Xarici İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, səfər əsnasında X.Xələfov Sloveniyanın dövlət katibi, xarici işlər nazirinin müavini xanım Darya Bavdaj Kuretlə görüşüb.

Tehrana hücum planı: Ayətullahlara qarşı mübarizə, yoxsa ərəb əksinqilabı?

9 İyun 2017 11:51

Fars körfəzində yeni gərilimin meydana çıxdığı son bir həftəni qum dənizində xalq demokratiyası-Cümhuriyyət qurmağa qalxmış bədəvi lideri Müəmmər Qəzzafinin ruhunun yenidən dirilişi adlandırmaq olar. Despotizmi devirərək kral İdrisin taxt-tacını ələ keçirən polkovnikin 40 illik hakimiyyəti sona çatanda indi ətrafında diplomatik mühasirə qurulan Qətər Birləşmiş Ştatların baş inqilabi qərərgahına çevrilmişdi. Anqlosaks dünyasının beyin mərkəzləri və əsas siyasi institutları- hakimiyyət dizaynerləri Dohada özlərini çox rahat hiss edir,Tunisdən başlayan antitiraniya hərəkatını uğurla yönləndirirdilər.RAND korporasiyası,Brookings institutu, Corctaun və Şimal-Qərb universitetləri məhz Qətər hökumətinin yardımı ilə digər ərəb qardaşlarının əleyhinə olan milyonlarla narazı kütlənin çıxışlarını hazırlayır,onları “Əl-Cəzirə”nin tribunasından dünyaya yayırdı. Lakin “inqilab öz balalarını yeyir”, deyirlər.Tarixin ironiyasına baxın, ötən əsrin 90-cı illərində saray çevrilişi nəticəsində hakimiyyəti ələ götürən hazırki əmirin atası Həmad əl Xəlifəni həzm etməyən, ona düşmən kimi baxaraq üstünə səud komandoslarını göndərən Ər-Riyad xilafətini məhz Ağ Evin işə müdaxiləsi durdurmuşdu.Yoxsa, müqəddəs torpaqdan kənarda alternativ siyasi mərkəz statusu qazanmağa iddialı olan bir dövləti kral ordusunun əlindən heç kəs ala bilməzdi.

Azərbaycanda dəhşətli qətl-kişi arvadını və iki oğlunu öldürdü

9 İyun 2017 11:43

Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib.“Olaylar”  “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin ərazisində baş verib. Belə ki, şəhər sakini 1960-cı il təvəllüdlü Hüseynov Nazim Ağa oğlu həyat yoldaşı və iki övladını öldürərək qətlə yetirib. Hadisənin ailə-münaqişəsi zəminində baş verdiyi bildirilir. Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəliblər.

Balaxanı yolunda hərəkət məhdudlaşdırılır

9 İyun 2017 11:42

Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gündən etibarən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, qismən məhdudlaşma 2 gün ərzində qüvvədə olacaq.

Hacıqabulda 10 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi davam edir

9 İyun 2017 11:40

19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Hacıqabul rayonu Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər davam etdirilir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, əvvəllər torpaq örtükülü olan yolda payız-qış aylarında avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaşanırdı. Yolun yenindən tikilməsi ilə mövcud problemlər həllini tapmış olacaq.

Azərbaycan sülhməramlılarının peşəkarlığı yüksək qiymətləndirilib

9 İyun 2017 11:38

Əfqanıstan İslam Respublikasında NATO-nun həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Həmid Kərzai adına Kabul Beynəlxalq Hava Limanının (HİKA) təhlükəsizliyini təmin edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının nümunəvi xidməti və peşəkarlığı yüksək qiymətləndirilib.

Millət vəkilindən sərinkeş təklifi

9 İyun 2017 11:37

“İyun ayının istisində dərsə getməyə məcbur olan məktəblilərin və müəllimlərin hər birinə sərinkeş olmayan otaqlarda tərdən qurtulmaq üçün ödənişsiz əsaslarla kitayski yelpik verilməlidir”. Bunu deyən millət vəkili Fazil Musatafanın sözlərinə görə, bir dənə də böyük Avropa və ya Amerika yelpiyi lazımdır təhsilimizi tərdən qorumaq üçün: “ İllərdir təhsilimizdə BİLGİnın hələ də tərdən önə keçmədyini görürük. Sentyabrın 1-i ənənə olaraq Azərbaycanda BİLİK GÜNÜ günü kimi yadda qalıb, ancaq təhsilin məqsədi BİLİK olmadığına görə dərslərə BİLİKdən 15 gün adlayaraq başlayırıq. İctimai nəqliyyat keyfiyyətli, əlçatan, alternativli və təhlükəsiz olmadığına görə uşaqları ilə birlikdə hər gün məktəbə əziyyətlə iki dəfə gedib qayıdan, yaxud da pulsuz adlanan təhsil üçün uşaqları məktəbə aparıb-gətirməyə xüsusi maşın tutaraq cibindən vəsait ödəyən, sonra da daha keyfiyyətli imtahan hazırlığı üçün cibindən repititorlara pul dağıdan qəhrəman valideynlərə də mənəvi kislarod çatışmazlığı üçün gündə 300 qram süd kompensasiyası verilməlidir”.

Elmar Məmmədyarov Astanaya gedib

9 İyun 2017 11:35

Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstana yola düşüb.  Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, səfərin məqsədi Expo2017 Astana Beynəlxalq ixtisaslaşmış sərgisinin rəsmi açılışında iştirak etməkdir.

Cəbhədə atəşkəs rejimi 130 dəfə pozulub

9 İyun 2017 11:34

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub.

Tehran terrorunun arxasından Ermənistan çıxdı

9 İyun 2017 11:33

İrana daxil olan terrorçular Ermənistandan keçiblər. Bu fikri Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey irəli sürüb. "Tehrandakı partlayışları törədən terrorçular İranın illərdir bəslədiyi, müttəfiqi olaraq gördüyü və sərhəddə viza belə istəmədiyi qonşu Ermənistandan keçiblər", - o, bildirib.

Tehranda terror qurbanları ilə vida mərasimi keçirilir

9 İyun 2017 11:31

İranın Kirmanşah şəhərində Tehranda baş vermiş terrorda rolu olmuş iki nəfər saxlanılıb.  Kirmanşah polisi elan edib ki, Ravansər bölgəsində 2 nəfər saxlanılıb. Bundan başqa, Kirmanşahın Səlas Babacani şəhərində sahibsiz "Peugeot" markalı avtomobildə 92 ədəd tapança tapılıb.  

Pakistan da Qətərə ordu göndərəcək

9 İyun 2017 11:25

Türkiyənin Qətərə hərbi kontingent göndərmək barədə qərarından sonra Pakistan da analoji qərar qəbul edib. Pakistanın Qətərə 20 mindən çox hərbi qulluqçu göndərəcəyi gözlənilir. Bu qərar Pakistan və Türkiyə arasında hərbi sahədə mövcud saziş çərçivəsində qəbul edilib. Prezident türk hərbçilərin Qətərdə yerləşdirilməsi barədə sazişi təsdiq etdi.

Bahar Muradova: Azərbaycan-Rusiya münasibətləri ikitərəfli strateji əməkdaşlıq səviyyəsindədir

9 İyun 2017 11:24

Milli Məclisin vitse-spikeri Bahar Muradova Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv olunması ilə əlaqədar Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi haqqında şərhlərə münasibət bildirib. B.Muradova jurnalistlərə deyib ki, son dövrlər Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi barədə şərhlər verilir, ancaq bu, doğru deyil.

Ərdoğan hərbçilərin Qətərdə yerləşdirilməsi barədə sazişi təsdiq etdi

9 İyun 2017 11:22

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Qətər arasında türk hərbçilərin Qətər ərazisində yerləşdirilməsi barədə sazişin ratifikasiyası haqqında sərəncam imzalayıb.

Politoloq: “Struktur dəyişikliklərindən ən çox Azərbaycan dövləti və xalqı qazanacaq”

9 İyun 2017 11:21

“Ümumuiyyətlə son dövrlərdə cənab Prezident tərəfindən imzalanmış sərəncam və fərmanlar, struktur dəyişikliklərinə aid aparılan islahatlar Azərbaycan dövlətinin güclənməsinə və daha da inkişaf etməsinə yönəlmiş addımlardır. Bilirsiniz və açıq şəkildə qeyd etmək lazımdır ki, zamanın tələbinə uyğun olaraq struktur dəyişiklikləri mütləq lazımdır və cənab Prezident də bütün bunları yaxşı bildiyi üçün zaman-zaman bu cür islahatları özündə ehtiva edən sərəncamlar və fərmanlar imzalayır”. Bunu  politoloq Ramiz Alıyev deyib.