Politoloq: “Struktur dəyişikliklərindən ən çox Azərbaycan dövləti və xalqı qazanacaq”

“Ümumuiyyətlə son dövrlərdə cənab Prezident tərəfindən imzalanmış sərəncam və fərmanlar, struktur dəyişikliklərinə aid aparılan islahatlar Azərbaycan dövlətinin güclənməsinə və daha da inkişaf etməsinə yönəlmiş addımlardır. Bilirsiniz və açıq şəkildə qeyd etmək lazımdır ki, zamanın tələbinə uyğun olaraq struktur dəyişiklikləri mütləq lazımdır və cənab Prezident də bütün bunları yaxşı bildiyi üçün zaman-zaman bu cür islahatları özündə ehtiva edən sərəncamlar və fərmanlar imzalayır”. Bunu  politoloq Ramiz Alıyev deyib.

"Ümumuiyyətlə son dövrlərdə cənab Prezident tərəfindən imzalanmış sərəncam və fərmanlar, struktur dəyişikliklərinə aid aparılan islahatlar Azərbaycan dövlətinin güclənməsinə və daha da inkişaf etməsinə yönəlmiş addımlardır. Bilirsiniz və açıq şəkildə qeyd etmək lazımdır ki, zamanın tələbinə uyğun olaraq struktur dəyişiklikləri mütləq lazımdır və cənab Prezident də bütün bunları yaxşı bildiyi üçün zaman-zaman bu cür islahatları özündə ehtiva edən sərəncamlar və fərmanlar imzalayır". Bunu  politoloq Ramiz Alıyev deyib.

"Bir məqamı xüsusi ilə qeyd etmək lazımdır ki, cənab Prezidentin sərancamı ilə çox hörmətli Mehriban xanım Əliyevanın ölkənin I Vitse Prezidenti olması bu islahtların daha da sürətlənməsinə, dövlət strukturlarında çevikliyin artmasına gətirib çıxardı. Ona görə də Azərbayca dövlətində Vitse Prezidentlər institutunun formalaşması zamanın tələbi idi və cənab Prezident də hər zamanki kimi vaxtında və zamanında sərancam imzalayaraq layiqli namizəd olan hörmətli Mehriban xanım Əliyevanı I Vitse Prezident təyin edərək Dövlət Strukturlarında islahatlara və struktur dəyişikliyinə başlanmasının vaxtı çattığını bəyan etmiş oldu. Fikrimcə bu cür dəyişikliklər daha da çox olacaq və bu dəyişikliklərdən ən çox qazanan Azərbaycan dövləti və Azərbaycan xalqı olacaq"-deyə, R.Alıyev fikrini tamamlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31