Putin seçki günü Ukraynaya zərbələri dayandırmağa hazırdır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada seçkilərin keçirilməsi halında, səsvermə günü ölkəyə zərbələrin endirilməməsi barədə göstəriş verməyə hazırdır. Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

ABŞ Prezidenti Donald Tramp oktyabrın 11-də Volodimir Zelenskini Ukraynada seçkilər keçirməyə çağırıb və ölkəyə Rusiya ilə razılığa gələ biləcək yeni liderin lazım olduğunu deyib. Zelenski isə seçkilərin keçirilməsini ən azı 60 günlük tam atəşkəs şərti ilə mümkün hesab etdiyini bildirib. Peskovun sözlərinə görə, Rusiya Ukrayna ilə müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülhün tərəfdarıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31