İngilis alimləri: Qadın 31 yaşında daha cazibədar olur

Britaniya alimləri hesab edirlər ki, qadın 31 yaşında cazibədarlığının zirvəsinə çatır. Bu yaşda qadın həm təbii gözəlliyə, həm özünə inam hissinə, həm üslub duyğusuna malik olur. Bu isə artıq yetkin qadınları yeniyetmə qızlardan fərqləndirir.

"Deyli Meyl" qəzeti yazır ki, 2 mindən çox kişi və qadının iştirak etdiyi sorğuda respondentlərin təxminən 70 faizi özünə inam hissini qadını cazibədar edən əsas amil adlandırıblar. Rəyi soruşulanların 67 faizi xarici görünüşə, 47 faizi üslub duyğusuna üstünlük verib.

Sorğuda iştirak edən qadınların təxminən üçdə ikisi belə bir fikirlə razıdır ki, illər ötdükcə, qadın daha da gözəlləşir. Onların yarısından çoxu bildirmişdir ki, yeniyetməlik komplekslərindən tədricən canını qurtarandan sonra özünü gözəl sayır. Respondentlərin 55 faizi düzgün makiyaj üslubu seçəndən sonra cazibədar olduğunu söyləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31