"Milan" 2 futbolçuya 50 milyon avro xərcləyəcək

"Milan" "Lazio"dan 2 futbolçunun transfer etməyə yaxındır. "Rossoneri" Keyta Balde və Lukas Biqliyanı 50 milyon avro qarşılığında heyətinə qatmaqla bağlı paytaxt klubu ilə razılığa gəlib. Eyni zamanda bonus ödəmələri də nəzərdə tutulub. "Milan"ın qarşısında duran əsas vəzifə Keyta Baldeni yola gətirməkdir.

Gənc yarımmüdafiəçi "Yuventus"da oynamaq istəyir. O, ötən mövsüm "Lazio"da çıxdığı 34 oyunda 16 qol, 6 məhsuldar ötürmənin müəllifi olub. Hər iki futbolçunun "Lazio" ilə müqaviləsi 2018-ci ilin yayında başa çatacaq.  Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31