Ukraynadakı ABŞ səfirliyinə qarşı edilən terror Vaşinqtona cavabdır
Ukraynanın paytaxtı Kiyevdə ABŞ səfirliyinin binasına qarşı terror aktının törədilməsi, bu ölkənin Ukraynaya verdiyi dəstək, həmçinin ABŞ-ın Şərqi Avropada öz hərbi gücünü artırmağına cavabdır. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.
8 İyun 2017 18:37 DünyaUkraynanın paytaxtı Kiyevdə ABŞ səfirliyinin binasına qarşı terror aktının törədilməsi, bu ölkənin Ukraynaya verdiyi dəstək, həmçinin ABŞ-ın Şərqi Avropada öz hərbi gücünü artırmağına cavabdır. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. Bildirib ki, bu terror aktının arxasında Şərqi Ukraynada Donbas separatçıların olması şübhəsizdir: "Bir müddət bundan əvvəl, Xarkov və digər şəhərlərdə silah anbarlarına teraktın arxasında, məhz separatçılar dayanmışdı. Kiyevdə ABŞ səfirliyinin hədəfə alınmasında məqsədlərdən biri də, bu ölkədə sabitliyin olmamasına diqqət çəkmək, həmçinin Ağ Evin rəsmi Kiyevə qarşı təhlükəsizlik və terorla mübarizədə yetərli bir siyasət aparmaması tənqidinə yol açmaq, iki ölkə arasında münasibətlərə soyuqluq gətirməkdir. Tramp administrasiyasının Ukraynaya maliyyə yardımının azaldılması qərarından sonra, səfirliyə qarşı terraktın törədilməsi, Krımda Rusiyanın silahlı qüvvələrinin döyüşə hazır vəziyyətə gətirilməsi, Ukraynada yenidən müharibənin başlanmasına gətirə bilər".