Xəstəxanadaxili infeksiyalarla mübarizədə Avropa standartları
Müasir klinikalar, tibb ocaqlarında xəstələrin şəfa tapması üçün hər cür şərait var. Lakin bura müalicə mərkəzi olmaqla yanaşı, həm də müxtəlif xəstələr tərəfindən gətirilən infeksiyalar düşə bilər. Bu baxımdan, xəstəxanaların dezinfeksiyası üçün ciddi və etibarlı metodlardan istifadə olunması böyük önəm daşıyır.
8 İyun 2017 18:37 SosialMüasir klinikalar, tibb ocaqlarında xəstələrin şəfa tapması üçün hər cür şərait var. Lakin bura müalicə mərkəzi olmaqla yanaşı, həm də müxtəlif xəstələr tərəfindən gətirilən infeksiyalar düşə bilər. Bu baxımdan, xəstəxanaların dezinfeksiyası üçün ciddi və etibarlı metodlardan istifadə olunması böyük önəm daşıyır. İyunun 8-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında keçirilən seminar məhz bu mövzuya həsr olunub. "Olaylar" xəbər verir ki, "ST Company" MMC tərəfindən təşkil olunan tədbirdə klinika işçiləri üçün xəstəxanadaxili infeksiyalarla mübarizə üsullarından bəhs edilib. Dezinfeksiya məhsullarının dünya səviyyəsində tanınmış istehsalçı olan Almaniyanın "Dr.Schumacher" GmbH şirkətinin Azərbaycanda rəsmi distribütoru "Tural Medikal" Azərbaycanda xəstəxanadaxili infeksiyalarla mübarizə tədbirlərinin təkmilləşdirilməsi məqsədilərespublikanın müxtəlif aparıcı xəstəxanalarında bu mövzuda seminarlar təşkil edir. Tədbirdə tibbi təyinatlı alətlərin, o cümlədən endoskopların istifadədən sonra zərərsizləşdirilməsinin Avropa standartlarına uyğun metodikası, xəstəxanadaxili infeksiyaların profilaktikasında dezinfeksiya və sterilizasiyanın istiqamətləri və rolu, dezinfektant seçimi zamanı əsas kriteriyalar, "Dr.Schumacher" GmbH şirkətinin məhsulları timsalında dezinfektantların işçi məhlullarının düzgün hazırlanması və istifadə qaydaları haqqında məlumat verilib. Seminarda "Dr.Schumacher" GmbH şirkətinin Türkiyə təmsilcisi Aslı Özbiber çıxış edərək iştirakçıları maraqlandıran sualları cavablandırıb.