Pike: "Yoxsa, məni separatçı hesab edirsiniz?"
İspaniya - Kolumbiya (2:2) oyunu zamanı Pike yenidən azarkeşlər tərəfindən fitə tutulub. Katalon müdafiəçi matçdan sonra jurnalisləri bu məsələni qızışdırmaqda ittiham edib. "Buna niyə diqqət yetirirlər? Futbol haqqında danışmaq mümkün deyil? Siz jurnalistlər buna o qədər əhəmiyyət verirsiniz ki, 1 il yarımdır ancaq bu barədə sual verirsiniz. Son vaxtlar bu hal səngimişdi. Media isə sorğu keçirdi ki, Pikeni fitə tutmaq olar, ya yox. Məni separatçı hesab edirsiniz? Heç vaxt separatizm barədə danışmamışam. İspaniya millisində çıxış etdiyimə görə xoşbəxtəm və buna layiq olduğumu oyunla göstərməyə çalışıram".
8 İyun 2017 18:49 İdmanİspaniya - Kolumbiya (2:2) oyunu zamanı Pike yenidən azarkeşlər tərəfindən fitə tutulub. Katalon müdafiəçi matçdan sonra jurnalisləri bu məsələni qızışdırmaqda ittiham edib. "Buna niyə diqqət yetirirlər? Futbol haqqında danışmaq mümkün deyil? Siz jurnalistlər buna o qədər əhəmiyyət verirsiniz ki, 1 il yarımdır ancaq bu barədə sual verirsiniz. Son vaxtlar bu hal səngimişdi. Media isə sorğu keçirdi ki, Pikeni fitə tutmaq olar, ya yox. Məni separatçı hesab edirsiniz? Heç vaxt separatizm barədə danışmamışam. İspaniya millisində çıxış etdiyimə görə xoşbəxtəm və buna layiq olduğumu oyunla göstərməyə çalışıram".
Pike Kataloniyanın müstəqillik əldə etməsi üçün referendum keçirilməsi ideyasını dəstəkləyənlərdən biridir. O, Kolumbiya ilə oyunun ikinci hissəsində kapitanlıq sarğısını daşıdığına görə ispan azarekşlərin sərt reaksiyası ilə üzləşmişdi. Goal.az