Messi otel sahibi oldu
"Barselona" ilə yeni müqaviləni razılaşdıran Lionel Messi İspaniyada otel alıb. Argentinalı forvardın yeni oteli Barselonanın 40 km cənub-qərbində yerləşir. 30 yaşlı hücumçunun Sitjes qəsəbəsində olan 4 ulduzlu yeni otelinin qiyməti təxminən 30 milyon avro dəyərindədir. 2013-cü ildə inşa edilən binada 77 otaq mövcuddur. Dəniz kənarında yerləşən otelin bir gecəsi 250-300 avro təşkil edir.
8 İyun 2017 17:22 İdman"Barselona" ilə yeni müqaviləni razılaşdıran Lionel Messi İspaniyada otel alıb. Argentinalı forvardın yeni oteli Barselonanın 40 km cənub-qərbində yerləşir. 30 yaşlı hücumçunun Sitjes qəsəbəsində olan 4 ulduzlu yeni otelinin qiyməti təxminən 30 milyon avro dəyərindədir. 2013-cü ildə inşa edilən binada 77 otaq mövcuddur. Dəniz kənarında yerləşən otelin bir gecəsi 250-300 avro təşkil edir.
Qeyd edək ki, yeni müqaviləyə görə, Lionel Messi 2022-ci ilə qədər "Barselona"ya məxsus olacaq. Onun illik məvacibi 30 milyon avrodan başlayacaq və bu məbləğ hər il artacaq. Apasport.az