Bilik Fondu Qubada və Bərdədə maarifləndirici mühazirələr təşkil edib
Bilik Fondu əhalinin ideoloji, sosial və elmi maarifləndirilməsi işinin daha da genişləndirilməsi, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin ölkə əhalisinə çatdırılması məqsədilə silsilə maarifləndirici mühazirələrini davam etdirir.
8 İyun 2017 17:01 SosialBilik Fondu əhalinin ideoloji, sosial və elmi maarifləndirilməsi işinin daha da genişləndirilməsi, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin ölkə əhalisinə çatdırılması məqsədilə silsilə maarifləndirici mühazirələrini davam etdirir.
İyunun 8-də Bilik Fondunun "İdeoloji, sosial və elmi maarifləndirmə" proqramı üzrə Quba və Bərdə rayon ictimaiyyəti üçün "Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu", "İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri" mövzularında mühazirələr təşkil olunub.
Quba Rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən mühazirədə yerli ictimaiyyətin nümayəndələri - ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər. Fondunun sektor müdiri Hacı Abdulla ölkə ərazisində keçirilən silsilə mühazirələrin əhəmiyyətindən və gələcəkdə də bu yönümlü tədbirlərin təşkilindən danışıb. AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyluya tədbirdə iştirak edən Quba rayon ictimaiyyətinin nümayəndələri qarşısında "Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu" mövzusunda mühazirə ilə çıxış edib.
Sonra Quba Rayon Mədəniyyət Mərkəzində Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev "İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri" mövzusunda mühazirə ilə çıxış edib.
Bərdə Rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı, professor Anar İsgəndərli "Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu", rayonun Zümürxan kənd tam orta məktəbində isə AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov "İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri" mövzusunda mühazirə ilə çıxış ediblər.