Tarixi Muzeyinin 2016-cı il nəşrlərinin təqdimatı

Tarixi Muzeyində Muzeyin 2016-cı il nəşrlərinin təqdimat mərasimi keçirilib. Muzeydən “Olaylar” – a bildirilib ki, təqdimatda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, M.F.Axundov adına Azərbaycan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb ü.f.d. Leyla İmanova, tarixçi alimlər, muzeyşünaslar, Muzey əməkdaşları, mədəniyyət xadimləri, tələbələr, kitabsevərlər və media işçiləri iştirak ediblər.

Tarixi Muzeyində Muzeyin 2016-cı il nəşrlərinin təqdimat mərasimi keçirilib. Muzeydən "Olaylar" - a bildirilib ki, təqdimatda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, M.F.Axundov adına Azərbaycan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb ü.f.d. Leyla İmanova, tarixçi alimlər, muzeyşünaslar, Muzey əməkdaşları, mədəniyyət xadimləri, tələbələr, kitabsevərlər və media işçiləri iştirak ediblər. Tədbiri Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq gələn qonaqları salamladı və Muzeyin bu əlamətdar günündə iştarak etdiklərinə görə onlara öz təşəkkürünü bildirdi. Sonra natiq Muzeyin cari ildə həyatında baş vermiş önəmli hadisələri və nəşrləri haqqında məlumat verdi. Bu əsərlər Milli Azərbaycan Tarixi Muzeyinin elmi əsərləri, etnoqrafik və arxeoloji materiallardan ibarət kitab-albom və kataloqlar, akad. N.Vəlixanlının "Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər", F.Cabbarov və M.Məmmədovun "Şollar-Bakı su kəmərinin tarixindən", N.Əliyevanın "Şeyx əs-Siləfi və Azərbaycan" və "Ибн Макула о мухаддисах Азербайджана" adlı kitablarından ibarətdir.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli öz çıxışında Milli Azərbaycan Tarixi Muzeyinin mədəniyyət ocağı olması ilə bərabər elmi təşkilat olmasını vurğulamış, burada aparılan tədqiqat işlərindən məlumat verib. O, həmçinin, Muzey nəşrlərinin tədqiqatçılara böyük kömək, fondlarda qorunan materialların geniş ictimaiyyətə təqdim olunmasının əhəmiyyətini qeyd etdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31