“Azərbaycan qəzetində parlament hesabatları və şərhlər” adlı kitabının III cildinin təqdimatı

İyunun 8 – də BMM  - də Bakı Dövlət Universitetinin professoru, görkəmli tədqiqatçı Şirməmməd Hüseynovun "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 - aprel 1920)” adlı kitabının III cildinin təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində keçirilən tədbirlər silsiləsindəndi. Tədbirdə Milli Məclisin deputatları, yazıçılar, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İyunun 8 - də BMM  - də Bakı Dövlət Universitetinin professoru, görkəmli tədqiqatçı Şirməmməd Hüseynovun "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 - aprel 1920)" adlı kitabının III cildinin təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində keçirilən tədbirlər silsiləsindəndi. Tədbirdə Milli Məclisin deputatları, yazıçılar, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kitabdakı materialları araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, lüğətin tərtibçisi professor Şirməmməd Hüseynov, nəşrin transliterasiya redaktorları professor Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Kitab müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamanı - Məclisi-Məbusanının fəaliyyətinə dair "Azərbaycan" qəzetində dərc olunmuş hesabatlar və şərhlərdən bəhs edir.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirdi ki, tədbir Mətbuat Şurasının, Bakı Dövlət Universitetinin və "Azərbaycan" qəzetinin birgə təşkilatçılığı ilə keçirilir.  

Deputat Rafael Hüseynov 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı fikirlərini bölüşüb. O, nəşr olunan kitabları Şirməmməd Hüseynovun "şah əsəri" adlandırıb: "Şirməmməd Hüseynov bu kitabları çox çətinliklə ərsəyə gətirib. Bu, çox böyük işdir. Parlament hesabatlarının mənzərəsi bu kitabda əks olunub. Bu kitab örnəkdir. Şirməmməd Hüseynov Azərbaycan tarixi üçün böyük bir abidə ucaldıb. Biz AXC qurucularına minnətdar olmalıyıq. Onlar bizə dövlət yaradıblar.

Şirməmməd Hüseynov bu kitabı üçün 50 illik ömür yolu keçib. Hələ Sovet dövründə arxivlərdə götürülməsinə, baxılmasına icaze verilməyən sənədlər haqqında öz qeydlərini edib, bu gün o qeydləri salnamə kimi Azərbaycan xalqına təqdim etdi. Bu kitab həm də  çox gözəl mətinşünaslıq abidəsidi".

Akademik onu da qeyd etdi ki,  Azərbaycan cümhuriyyəti parlamentinin stenoqramlarının o zaman böyük yazıçı Cəfər Cabbarlı tərəfindən qələmə alındığını diqqətə çatdırıb.

Əlatun Amaşov bildirdi ki, "bu Şirməmməd Hüseynovun Azərbaycan cümhuriyyəti ilə bağlı ilk kitabı deyil: "Şirməmməd müəllim Məhəmməd Əmin Rəsulzadənin seçilmiş əsərlərinin 5 cildini hazırlayıb. Şirməmməd Hüseynov  həyatı boyu cümhuriyyətə xidmət edib".

Daha sonra çıxış edən "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov qeyd etdi ki, cümhuriyyət qurucuları çətinliklərlə üzləşsələr də, öz əqidələrindən dönməyiblər: "Cümhuriyyət qurucularının nə qədər ağıllı olduqlarını, hadisələri necə qabaqlamalarını bu hesabatları oxuyanda görürsən. Bu kitab həm cumhuriyyətimizə, həm də vətənpərvər insanlarımıza ən gözəl hədiyyədi. Kitabda yalnız parlament hesabatları deyil, həm də o dövrdə parlamentdə fəaliyyət göstərən insanların ictimai - siyasi əsərləri toplanıb"

Cümhuriyyət dövrünün bir çox tədqiqatçılar tərəfindən araşdırıldığını deyən millət vəkili Nizami Cəfərov ən çox istinadın məhz Şirməmməd Hüseynovun əsərlərinə olduğunu deyib: "Bunun da səbəbi kitablardakı mətnşünaslıqdır. Bu kitabları dəyərli edən həm də anlaşılmayan hər bir sözün mənasının izah edilməsidir. Kitabda təkcə stenoqramlar verilmir, həm də dövrün vəziyyəti təsvir edilir. Bu kitabları oxuyanda dahilər, böyük qəhrəmanlarla yanaşı, indiyədək adını eşitmədiyimiz bir çox şəxsiyyətlərlə tanış oluruq. Həmin şəxsiyyətlərin tariximiz üçün nə qədər dəyərli işlər gördüyünü öyrənirik. Bu kitablarda onlarla belə şəxsiyyətlər kəşf etmək olur. Həmin dövrün idarəçiliyi, parlamentdə Məmməd Əmin Rəsulzadənin hansı məqamlarda çıxış etməsi detallarını görmək mümkündür. Bu təqdimatlar oxucunun gözü qarşısında həmin dövrün mənzərəsini canlandırır. Kitablar həm də bu gün üçün bir dərslik hesab edilə bilər. Hesab edirəm ki, Şirməmməd Hüseynov heç kimin görmədiyi işləri görüb".

Şərqşünas alim Solmaz Tohidi Rüstəmova qeyd edib ki, Şirməmməd müəllim sözün əsl mənasında nümunə götürüləsi şəxsiyyətdir: "Araşdırdığı tarixi şəxsiyyətlərin həyat tələblərini, ideyalarını Şirməmməd müəllimin həyatında müşahidə etmək olar. Şirməmməd müəllimin şəxsiyyəti də bizim üçün bir örnəkdir. Onun üçcildliyi bu gün üçün çox aktualdır. Azərbaycan cəmiyyətində parlament tarixindən başlamış, onun əhəmiyyəti, cəmiyyətin bu işə qarışmağı və bir çox məqamlarla bu kitabda tanış olmaq mümkündür. Kitablar bugünkü parlamentin fəaliyyəti üçün də bir örnəkdir. Azərbaycan Cümhuriyyəti tarixini yalnız Şirməmməd müəllimin kitablarından öyrənmək olar".

Tədbirdə çıxış edən Millət vəkili Fazil Mustafa vurğulayıb ki, Cümhuriyyət dövrünü araşdırmaq həm də bir namus məsələsidir: "Bu tarixin araşdırılması ilə çox alimlər məşğul olub. Lakin belə dəyərli işlər ortaya qoymaq üçün işə ürəklə yanaşmaq lazımdır. Hesab edirəm ki, cəmiyyətin düşünən insanları Şirməmməd Hüseynovun gördüyü işlərin dəyərini unutmayacaq".

Sonda çıxış edən  kitabın müəllifi Şirməmməd Hüseynov çıxış edərək bildirdi ki, "Heç kim bura mənə görə toplaşmayıb. Biz bura Azərbaycan adlı müstəqil dövləti yaradan insanları yad eləmək üçün toplaşmışıq" .

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31