Politico: Tramp Ukraynanı kəşfiyyat məlumatlarından və "Starlink"dən məhrum edə bilər – ÖZƏL
12:19 SiyasətOlaylar.az xəbər verir ki, "Politico" nəşrinin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp Ukrayna rəhbərliyinin onun tələblərinə müqavimət göstərməyə davam edəcəyi təqdirdə, ölkəni hayati əhəmiyyət kəsb edən kəşfiyyat məlumatlarından məhrum edə və ya İlon Maska təzyiq göstərərək hərbçilərin asılı olduğu "Starlink" peyk internetini söndürə bilər.
Nəşr qeyd edir ki, Rusiya və ABŞ arasında dizel tədarükünə dair razılaşma qışa hazırlaşan Ukrayna üçün əlverişsiz vaxta təsadüf edib. Volodimir Zelenskinin bu sövdələşməni "zəif qərar" adlandırmasına və Rusiya neft emalı zavodlarına zərbələri dəstəkləməsinə cavab olaraq, Tramp Ukraynaya prezidenti dəyişməyi məsləhət görüb. ABŞ lideri Zelenskini ölkədə seçkilər keçirməməkdə və münaqişəni həll etməməkdə ittiham edib.
Məqalədə həmçinin xatırladılır ki, Rusiya Prezidenti Vladimir Putin dialoga hazır olacağı təqdirdə Zelenskinin Moskvaya gələ biləcəyini və təhlükəsizlik zəmanətlərinin veriləcəyini dəfələrlə bəyan edib.