Mərkəz sədri: "Suriya ərazisi ABŞ-İran hərbi qarşıdurması məkanına çevrilir"

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanından başlayan ilk xarici səfər turnesinə çıxdı. D. Trampın Səudiyyə Ərəbistanına səfərinə sayılı günlər qalmış ABŞ Suriya hökumət qoşunun hərbi kolonuna atəş açdı. Bu kolona İran hərbçiləri başçılıq edirmiş. Buna görə də ABŞ hərbçiləri bu kolonu özləri uçun təhlükəli hesab edərək, bombardman ediblər. Daha maraqlısı odur ki, ABŞ Suriyadakı İrana məxsus qüvvələri bombalayarkən Rusiyaya əvvəlcədən məlumat veribmiş. Bununla da ABŞ İranın Suriyadakı iştirakından narazı olduğunu bildirdi. Eləcə də İran ABŞ-ın Suriyada deeskalasiya prosesinə qoşulmasının əleyhinədir". Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Trampın Səudiyyə Ərəbistanına səfərində iki gündəlik var idi. Bunlardan birincisi ABŞ-ın nəzərdə tutduğu gündəlik idi. Burada siyasət və ya geosiyasət minimal, iqtisadiyyat isə maksimum idi. ABŞ-la Səudiyyə Ərəbistanı arasında 110 milyard dollarlıq hərbi-texniki əməkdaşlıq müqaviləsi imzalandı. Bu bəşər tarixində bir dəfəyə imzalanmış ən böyük məbləğli müqavilədir. Eləcə də bu müqavilənin davamı olaraq və digər sahələri də nəzərə alaraq yaxın on ildə ABŞ Səudiyyə Ərəbistanına 350 milyard dollarlıq müqavilələr reallaşdırmalıdr. Trampın səfəri zamanı Səudiyyə Ərəbistanının gündəliyi isə sırf siyasi və ya geosiyasi tutumlu idi. Səudiyyə Ərəbistanının rəhbərliyi ABŞ-la xüsusi münasibətlərə malik olduğunu həm öz xalqına, həm ərəb dünyasına həm də eləcə bütöv İslam dünyasına nümayiş etdirməyi qarşısına məqsəd qoymuşdur. Buna nail oldu. "ABŞ-Səudiyyə Ərəbistanı", "ABŞ-Ərəb ölkələri", "ABŞ-İslam dövlətləri" adlı üç mərhələdə tədbirlər keçirildi. Sonuncu konfrans daha çox diqqət çəkir. 54 İslam dövlətindən 50-si bu konfransda iştirak edirdi. Onlardan 30-u prezident və baş nazir səviyyəsində təmsil olunurdu.

D.Tramp terrorizmdən Ərəb ölkələrinin daha çox əziyyət çəkdiyini bildirməklə yanaşı İslam ölkələrini radikalizmlə mübarizəyə başçılıq etməyə dəvət etdi. ABŞ prezidenti müsəlman liderlərinə xitabən "Biz kimisə öyrətmək, nəsihət vermək, nə etmək, Allaha necə inanmaq məsələlərini öyrətmək məqsədi ilə burda deyilik. Məqsədimiz qarşılıqlı maraqlara və dəyərlərə söykənərək hamı üçün daha yaxşı gələcək qurmaqdır". Tramp İranı terrorizmi dəstəkləməkdə ittiham etdi. O çıxışında məqsədləri sülh olmayan İranı izolə etməyə səsləndi.

D.Trampın İranla bağlı fikirlərinin təkamülünə bələd olanlar onun konfrans zamanı antiİran fikirlərinin yumşaldığını təsdiq edə bilərlər. Daha vacibi isə Tramp İslam dininin yeni imici uğrunda fəaliyyətə başladığını ehtimal etməyə əsas yaratdı. O, İslam dinini terrorçuluqla əlaqələndirilməsinin əleyhinə oldu. Belə yanaşma İslam dünyasında çoxdan var və tərəfdarları da az deyil. Amma İslam dininin qərbə yeni daha doğrusu real imicdə təqdim olunması Azərbaycanda dövlət siyasətinin əsas tərkib hissələrindən birinə çevrilib. Azərbaycan Prezidenti İ.Əliyevin konfransda iştirakını da məhz bu kontekstdən qəbul etmək mümkündür.

Səudiyyə Ərəbistanın kralı isə İranı qlobal terrorizm nizəsinin ucluğu adlandırdı.

Ər-Riyad sammiti Suriya və İraqdakı əməliyyatları müdafiə etmək məqsədi ilə 34 min hərbiyə malik kontingent yaradılması barədə qərar qəbul edildi.

Ər-Riyadda ekstremist ideologiyaya qarşı qlobal mərkəz açıldı.

İran Səudiyyə Ərəbistanında D.Trampın iştirakı ilə keçirilən tədbirlərə sərt reaksiya verdi. Həm ali rəhbər, həm də prezident sərt tənqidi fikirlər səsləndirdilər. Səudiyyə Ərəbistanının ABŞ üçün sağmal inəyə çevrildiyini bildirdilər. Ali rəhbər Səudiyyə Ərəbistanını İslamın düşmənlərini maliyyələşdirməkdə ittiham etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31