Azərbaycan qadını tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb-Özəl
12:09 Siyasət"Qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakı və onların potensialının reallaşdırılması dayanıqlı inkişafın mühüm şərtlərindən biridir. Qadınların təhsil, elm, mədəniyyət, sahibkarlıq, ictimai fəaliyyət və dövlət idarəçiliyi sahələrində qazandıqları uğurlar ölkəmizin inkişafına mühüm töhfələr verir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Azərbaycan qadını tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb. Bu gün də qadınlarımız öz bilik, bacarıq, təşəbbüskarlıq və liderlik keyfiyyətləri ilə müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərir, yeni imkanlar yaradır və gələcək nəsillər üçün nümunə formalaşdırırlar.
Ölkəmizdə qadınların hüquq və imkanlarının genişləndirilməsi, onların ictimai-siyasi və sosial həyatda fəal iştirakının təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Qadınların potensialının üzə çıxarılması və onların təşəbbüslərinin dəstəklənməsi cəmiyyətin ümumi inkişafına xidmət edir".