Azay Quliyev Türkiyə parlamentinin spikeri və hökumət üzvləri ilə görüşüb
ATƏT Parlament Assambleyasının xüsusi missiyası Türkiyədə səfərdədir. Nümayəndə heyəti iyunun 7-də Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman, baş nazirin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mövlut Çavuşoğlu, ədliyyə naziri Bekir Bozdağla görüş keçiriblər.
8 İyun 2017 13:40 SiyasətATƏT Parlament Assambleyasının xüsusi missiyası Türkiyədə səfərdədir. Nümayəndə heyəti iyunun 7-də Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman, baş nazirin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mövlut Çavuşoğlu, ədliyyə naziri Bekir Bozdağla görüş keçiriblər. Bu haqda ATƏT PA-nın rəsmi facebook səhifəsi məlumat yayıb. Məlumatda bildirilir ki, ATƏT PA- nın vitse prezidentləri Azay Quliyev
və George Seretelinin iştirak etdiyi görüşlərdə Türkiyədə mövcud ictimai-siyasi vəziyyət, qurumun nümayəndə heyətinin ötən ilin avqustunda Ankarada Prezident Receb Tayib Ərdoğan, Baş Nazir Binəli Yidırımla keçirilən görüşlərin nəticələri, insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülən işlər, ATƏT PA ilə Türkiyə
arasında dialoq və əməkdaşlıq imkanlarının genişləndirməsi müzakirə
olunub. Türkiyə rəsmiləri Türkiyənin DEAŞ,PKK və FETÖ terror təşkilatları ilə üz üzə qaldığı, 3 milyon suriyalı miqranta ev sahibliyi etdiyi və bütün bu problemlərin Türkiyə üçün yaratdığı çətinlikləri qeyd ediblər. Keçən ilin iyulunda çevriliş cəhdindən sonra fövqəladə vəziyyətin tətbiqinə qərar verildiyi bildirilib. Bu gün ATƏT Parlament Assambleyasının xüsusi missiyasının CHP lideri Kamal Kılıçdaroğlu, MHP, HDP liderləri və digər rəsmi şəxslərlə görüşü baş tutacaq.