Ayrı-ayrı ölkələrdən ölkəmizə qarşı təhdidlərinin şahidi oluruq
13:00 Siyasət"Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının səkkizinci qurultayında çıxışı Azərbaycanın keçmişinə, bu gününə və gələcəyinə verdiyi qiymət, Azərbaycan öz müstəqilliyini əldə etdiyi dövrdən sonra düşdüyü vəziyyət, Azərbaycanı idarə edən şəxslərin Azərbaycanı ağır vəziyyətdə qoyub qaçması, ikisinin Rusiyanın, birinin kələkiyə qaçması, Azərbaycanın torpaqlarının hakimiyyətə gəlmək yolunda alverə çevrilməsi və ticarətə çevrilməsi haqqında dediyi fikirlər və ümumilikdə Azərbaycanın bu gün apardığı siyasəti qəbul etməyən dövlətlər haqqında öz fikirlərini söylədi və görünür ki, çox layları yenə də cənab Prezident yerindən oynatdı və nəticə etibarilə ayrı-ayrı dövlətlərdən, ayrı-ayrı ölkələrdən ölkəmizə qarşı müxtəlif yönlü təhdidlərin biz şahidi oluruq, görürük və xüsusilə cənab Prezidentin orada verdiyi tövsiyələrdən biri ondan ibarət idi ki, insanlarla görüşüb, insanlarla təbliğat aparmaq, insanları hansı ki xaricdə oturub Azərbaycan adı altında müxtəlif kanallar açan və biz bu gün o kanalların hansı təbliğatı apardığının şahidiyik". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib: "Bir həftə bundan öncə dediyi fikirlərin bu gün biz şahidi oluruq cənab Prezidentin və Azərbaycan əleyhinə iş aparmaları, gənc nəslin yoldan çıxarılması faktını cənab Prezident orada qaldırdı. Hesab edirəm ki, Milli Məclisin üzvləri bu səpgidə təbliğat-təşviqat işində aktiv iştirak edirlər, yerlərdə olurlar, görüşürlər insanlarla və qurultaydan sonra da hər bir rayonda bu tədbirlər keçirilibdir və təklif edərdim ki, belə bir tədbirdə partiyanın parlamentdə olan təşkilatı vasitəsilə bir dəyirmi stol parlamentdə də biz keçirək, müzakirə edək və bu müzakirələri mətbuat və digər vasitəsilə ictimaiyyətə çatdıraq. Müzakirə olunan məsələlər aktual məsələlərdir.
Onunla əlaqədar mən də bir neçə fikrimi söyləmək istərdim. Azərbaycanda məhkəmə sistemində xeyli islahatlar gedib və məhkəmə sistemi getdikcə təkmilləşir, qəbul olunan qərarlar daha operativləşir, daha keyfiyyətcə yaxşılaşıbdır. Amma təəssüflər olsun ki, bu gün ki, həmkarımız Zahid müəllim də qeyd elədi, bunun icraya yönəlməsində müvafiq problemlər var. Bir tərəfinə baxanda icraya yönələndə əgər vətəndaşın banka hansısa bir borcu varsa, bu icraya yönələndə dərhal həyata keçirilir. Lakin vətəndaşa olan borcu və yaxud da vətəndaşın mülkiyyət münasibətləri, torpaq münasibətləri, alqı-satqı münasibətləri getdikcə uzanır, ildən-ilə keçir və bunun həyata keçirilməsi vətəndaş üçün problemlər yaradır.
Elə hallar var ki, yüz minlərlə borcu var və elə bir qiymət müəyyənləşir ki, o qiyməti ödəməkdən ötrü iki yüz il vaxt lazımdır. İki yüz il gərək ödənilsin ki, həmin vətəndaşa olan digər borclar yerinə yetirilsin. Halbuki onun kifayət qədər əmlakı var, bu əmlakı müəyyən etmək mümkündür, ortaya çıxartmaq mümkündür. Baxmayaraq ki, digərlərinin adınadır, amma bəllidir ki, əmlak həmin ki şəxsə aiddir və bu və ya digər şəkildə dəladuzluq yolu ilə biz son vaxt rastlaşırıq ki, dəladuzluq yolu ilə, başqa yollarla vətəndaşın əmlakını ələ keçirirlər, sonradan isə adi bir qaydada cəza müəyyənləşir və kiçik bir həcmdə bunun icrası həyata keçirilməyə başlayır.
O baxımdan biz qanunun bu bəndi indi verilibdir, gücləndirilir. Hesab edirəm gələcəkdə bu icra haqqında qanun layihəsinə bir də yenidən baxıb əlavələr, dəyişikliklər etməliyik ki, vətəndaşlarımız əziyyət çəkməsin".