Türklər niyə deqradasiya olunur?

Bu gün İslam aləmi, ərəb dünyasında müsəlman ölkələrinin sanki bir-birinə qənim kəsilməsi Qərbin İslam barədə mənfi rəy yaratmaq planlarının sürətlə yayılmasına stimul verir. İranla Səudiyyə Ərəbistanı, ikinci ilə Qətər, Türkiyə ilə Suriya, eləcə də buna oxşar digər örnəklə asanlıqla Islam barədə mənfi, qaniçən bir din obrazı yaratmaq mümkün olur.

İlqar Altay: "Tūrk toplumunu bu gūnkū parçalanmış və inkişafsız gūnə salan onun İslam vasitəsilə tamamilə yaraşmayan yad davranışı qəbul edib, qarışması oldu"

Bu gün İslam aləmi, ərəb dünyasında müsəlman ölkələrinin sanki bir-birinə qənim kəsilməsi Qərbin İslam barədə mənfi rəy yaratmaq planlarının sürətlə yayılmasına stimul verir. İranla Səudiyyə Ərəbistanı, ikinci ilə Qətər, Türkiyə ilə Suriya, eləcə də buna oxşar digər örnəklə asanlıqla Islam barədə mənfi, qaniçən bir din obrazı yaratmaq mümkün olur.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay hesab edir ki, Ərəb dünyasında cərəyan edən xoşagəlməz proseslərdən türk dünyası da zərər görür, onun mənfi fəsadları ilə üzləşir. İlqar Altay bildirib ki, kökü-soyuna, saglam milli mental xūsusiyyətinə, qoçaqlıq bacarıgına görə tūrklər Çin, Koreya,yapon millətləri ilə bir qrupdur və onlar kimi də tam inkişaflı olmalı idi bu gūn: "Tūrk toplumunu bu gūnkū parçalanmış və inkişafsız gūnə salan onun İslam vasitəsilə tamamilə yaraşmayan yad, özgə bir milli mental xūsusiyyəti-ərəb əxlaq və davranışını qəbul edib, qarışması oldu. Ona görə də bu gūnə dūşdūk. Millət, adət, ənənə, vətən, xalq, dövlət anlayışını qəbul etməyən bu din tūrkūn tūrklūyūnū məhv etdi və edir. Sibirin 60 dərəcə təmiz şaxtasında bərkimiş millət, səhranın 60 dərəcə natəmiz istisində porsumuş millətlə qarışanda nə hasil olmalı idi? Deqradasiya. Lazım bilinsəydi, ərəblərə 5 köynək daha çox yaxın və oxşar qonşu koptlar, yəhudilər, ermənilər bu dini qəbul edib qarışardılar. Gərək elə uzaq gündoğandan günbatana yürüş ediləydi, cəfəng nağıllarla bəzəkli yad mental "tapıntı" üçün? Nə verdi islam, ərəb türkə bu 1500 ildə? Ağılmı, zəka, intellektmi? Türkün bu günkü intellekti, gəlin inciməyək, yaponla ərəb arasındakı intellekt, şüur inkişafı fərqi qədər geri düşüb və irəlidə ola bilərdi. Bəlkə güc, qüvvət, mərdlik verib İslam, ərəb bu türkə? İslamdan öncə, türk Atillanın ordusu, tarixdə heç kimin fəth edə bilmədiyi Avropanı, Romanı fəth edib və diz çökdürüb. Bu gün 2 milyonluq erməni, əhatəsində olduğu 200 milyon türkü girinc edib. Bu nədir? Deqradasiya". Mərkəz rəhbəri deyib ki, Allahın varlığı, təkliyi və hamının olduğu, onun da yeri-göyü yaratdığı mübahisəsizdir: "Dinlərin və müqəddəs kitablarının isə Allah, yoxsa ki, insanlar tərəfindən yaradıldığını dindarlara hörmət olaraq qəti mübahisələndirmək istəmirəm. Ancaq məntiq göstərir ki, İslam dini əsasən ərəblər, beduinlər üçün nəzərdə tutulub. Onların o, çöl-qumsallıqda buraxma, başıpozuq, parçalanmış son məhv halından vahid din, mənəviyyət və dövlət halına gətirilməsinə xidmət edib. Bu din və onun kitabı o ərəbin tərbiyəsi və dövlət konstitusiyası funksiyasını yerinə yetirib. Çox da bir düzgün xilas yolu olub həmin millət üçün, başqa millətlərin artıq əsrlər, minilliklərlə öz dövlət və sivil yaşayışa malik olduğunu nəzərə alsaq. Yoxsa, niyə, Allah Quranı məhz ərəb dilində nazil edirdi, türk, fars yaxud da, özünün hamı üçün ümumi bir dil yaratmaq gücündə olduğu dildə yox?

Öz rəsulunu niyə ərəbdən seçirdi türkdən, farsdan, indoneziyalıdan və s. yox? Niyə bu din türkün Altay dağlarından yox, ərəbin qumsallığından başlanıb? Niyə, bütün dini qaydalar, hətta, ölünün qızmar ərəb istisində tez çürüməsi nəzərə alınaraq dərhal basdırılması və s ərəb şəraiti və mentaliteti üzərində qurulub? Niyə Məkkəyə, Allahın evinə ziyarət ərəbin milli geyimini geyməklə həyata keçirilir, Allahın təyin edə biləcəyi başqa ümumi örtülü libasda yox? Suallar çoxdur, və bu məsələni çox qurdalayıb dərininə getməmək üçün bir sualla yekunlaşdıraq. Niyə, islam dini ərəb milli xislətinə uygun, 9-14 yaşlı körpə qızın 50-80 yaşlı kişiyə ərə verilib, gərdəyinə salınıb belə bir kötü bəşəri əxalq pozuntusuna imkan verir? Türk bu biabırçı-pedofiliya pozuntunu qəbul etməz və bu gün də etmir. Ərəblərdə, ay mübarəkdir, atamız, babamız 12 yaşlı təzə qız alıb, deyə dəstək verib qürur keçirirlərsə, bizdə belə yaşlıdan qohum-elliklə üz döndərər və hətta kötəkləyib kənddən qovarlar. Ərəbdə yaşlı və ziyalılı, böyüklü-kiçikli öturub maraqla və həvəslə çılpaq-göbək rəqsinə baxdıqları halda, türk yaşlı və ziyalısı ayıb bilib, dərhal oranı tərk edər. Milli-mental yer-göy arası fərq budur. Və sən yüz dəfə də desən, ora-bura çəksən ki, ərəb ayrıdır İslam ayrı, xeyri yöxdur, ərəb elə İslamın nüvəsi və İslama da ən çox haqqı olandır. Bu cür dərin fərqlə də bu din məkanında, dini qaydalar, ibadət, ayinlər və s. sferasında qeyri-ərəb millətlər qarşılaşmada istər-istəməz ərəblərə uduzur. Çünki sən nə qədər ərəbcə ayə oxusan, ərəbdən üstün oxuya bilməzsən. Nə qədər hicablanıb Ərəbistana getsən, onların niqab geyinəni qarşısında açıq-sacıq görsənirsən. Nə qədər ərəbin uzun ağ əbasını geyinsən, özünü onda ərəb qədər rahat hiss edə bilməzsən. Və nə qədər, Məkkəni Allah evi kimi ümumi bilib, özünü də onun bəndəsi və oranın sakini hesab etsən də, ərəb səni qonaq, özünü ev sahibi sayır və s... Sənin özünün qəbul etdiyin mühit və şərtlər sənə gücsüz, ərəbə amiranə şərait yaradır. İllərlə yığdığını aparıb ziyarətdə töküb və üstəlik də, 500 dollara aldığın muncuğun Bakıda mağazalarda 50 manata satıldığını görüb, içində ah çəkib dinmirsən, çünki psixoloji hazırsan uduzmağa. Bu belə də olmalıdır. Çünki sən nə qədər çalışsan da, Roma papasından çox katolik, yəni ərəbdən çox (ərəb qədər də) müsəlman ola bilməszsən. Bu halda isə, sən uduzursan. Velosiped də belə yarada bilməmiş, tənbəl ərəbə. Çünki bu dinə bağlılıq bir sıra (tam demirəm) ərəb xüsusiyyətlərinə yiyələnməkdən keçir, keçməlidir. Sən ona oxşamaq istəyirsən, o sənə yox. Səndən də asılı olmayaraq aylar, illər, əsrlərlə milli, mədəni, regional və s. mənsubiyyətini tədrici itirirsən ərəbin xeyrinə. Ərəb isə: "İslam dini bəşəri dindir, millət, ölkə, dövlət anlayışı zad tanımır, onlardan yuxarıdadır!" deyib əslində öz milli xüsusiyyətlərini də, dövlətini də, var-dövlətini də gücləndirir. Mənim islam dininə, bu dinə sidq ürəklə, təmiz təmənnasız vicdanla qulluq edən insanlarımıza hörmətim var, tam yerindədir. Amma, bu dinin ərəb milli mentaliteti üzərində biçildiyini gördüyümdən, bu dinə bağlılıqda ifrata varıb, özünü itirib öz millət, vətən, xalq və dövlətindən keçməyi özünüməhv, milli mənliyini yox etmə qədər zərərli sayıram. Rus, ingilis, alman, yunan hətta gūrcū oz milli və dövlət mənliyini xristian dininə qurban etmir. Gəlin kimi, nəyi nə qədər sevsək də, həddimizi bilib deqradasiya olunmayaq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31