Supergüclərin Orta Şərq planında Azərbaycan və Türkiyə ilə bağlı maraqlı məqamlar
Yaxın Şərqdən tutmuş yerləşdiyimiz coğrafiyaya qədər ciddi proseslər cərəyan etməkdədir. Supergüclərin sözügedən regionlarda bir-birini sıradan çıxarmaq, daha çox üstünlük əldə etmək üçün apardıqları mübarizə özünün yeni bir mərhələsinə qədəm qoyur. Bu mərhələdə isə rəqiblər təəssüflər olsun ki, daha çox terror təşkilatlarına dəstək vermək və onlar vasitəsilə öz istəklərinə nail olmaq yolunu tutublar. Son bir neçə ildə müxtəlif region və ölkələrdə baş verən terraktlar belə deməyə əsas verir.
8 İyun 2017 13:54 DünyaPlanda Kürdüstan dövlətinin yaradılması qaçılmaz hesab edilir
Yaxın Şərqdən tutmuş yerləşdiyimiz coğrafiyaya qədər ciddi proseslər cərəyan etməkdədir. Supergüclərin sözügedən regionlarda bir-birini sıradan çıxarmaq, daha çox üstünlük əldə etmək üçün apardıqları mübarizə özünün yeni bir mərhələsinə qədəm qoyur. Bu mərhələdə isə rəqiblər təəssüflər olsun ki, daha çox terror təşkilatlarına dəstək vermək və onlar vasitəsilə öz istəklərinə nail olmaq yolunu tutublar. Son bir neçə ildə müxtəlif region və ölkələrdə baş verən terraktlar belə deməyə əsas verir.
Araşdırmaçı jurnalist Zaur Əliyev deyir ki, supergüclərin müxtəlif regionlarla bağlı planları hələ 2010-cu illərin əvvəllərindən cızılıb və həmin planda Türkiyə və Azərbaycanla bağlı məsələlər də yer alır. Onun sözlərinə görə, 2012-ci ilin sentyabrın 22-də "The New York Times" qəzetində ABŞ-ın strateji maraqları mövzusunda mütəxəssislər olan Frank Cacobs və Parag Khanna adlı müəlliflər maraqlı bir yazı ilə çıxış edirlər. Zaur Əliyev bildirib ki, genişləndirilmiş Orta Şərq təşəbbüsü (Greater Middle East Initiative) adlanan bu siyasətdə orta Şərq regionda Bütöv Azərbaycan dövlətinin yaranması aparıcı yer tutur: " Lakin ona bitişik isə Kürdüstan adlanan dövlətin də olması qaçınılmazdır. Çünki baxmayaraq ki, azərbaycanlılar mülayim və sülhsevər xalqdır, nəticədə türk kimliyi olan bir dövlətdir. Necə ki, vaxtilə iki Türk dövləti Azərbaycan və Türkiyə arasında Ermənistan yarandı, indi Bütöv Azərbaycan və Türkiyə arasında ikinci baryer Kürdüstan dövlətinin olması böyük güclər tərəfindən zəruri sayılır. Qeyd edim ki, Sovet dövründə Bütöv Azərbaycan məsələsi gündəmdə olub. İttifaq Xalq Komissarları Şurasının qəbul etdiyi proqrama görə, Təbrizdə onillik Azərbaycan məktəbi açılmalı, nümunəvi aqrotexniki stansiya yaradılmalı, trikotaj-corab fabriki tikilməli idi. 1945-ci il iyunun 10-da Stalin "Şimali İranda sovet sənaye müəssisələrinin təşkili haqqında" məxfi qərar imzaladı. 21 iyunda İ.V.Stalin "Şimali İranda neft üzrə geoloji-kəşfiyyat işləri haqqında" Dövlət Müdafiə Komitəsinin 9168 saylı qərarına qol çəkir. Neftçilər İrana - sovet qoşunları qərargahına ezam olunmuş hidrogeoloji dəstənin əməkdaşları sifətində yola düşürlər. İranın başqa bölgələrində eynən su ehtiyatları axtarışı bəhanəsilə ingilislər də neft və filiz yataqları axtarırdılar. Cənubi Azərbaycanda, əlbəttə, Moskvanın razılığı ilə Azərbaycan Demokratik Partiyası (ADP) yaradıldı. M.C.Bağırovun təklifilə Tehranda çıxan "Acır" qəzetinin redaktoru Mir Cəfər Pişəvəri (bir sıra sənədlərdə Seyid Cəfər də adlandırılır) ADP-nin başında durdu". Zaur Əliyev qeyd edib ki, "Azərbaycandan gələn və SSRİ-nin əmrini icra edən çekistlərin özlərinin şəxsi maraqları vardı: "Bu maraqlara aid idi. Addım-addım federalizm barədə tələblər irəli sürmək, siyasi federalizm barədə tələblər irəli sürmək, İrandan tarixi Azərbaycan torpaqlarını geri almaq, Cənubi Azərbaycanın Şimali Azərbaycan Respublikasına qoşmaq. O zaman İngiltərənin siyasəti nəticəsində bu plan pozulur. Lakin məsələ gündəmdən çıxımır. Məhz Sovetlər dağılandan sonra bu istiqamətdə ABŞ iş görməyə başlayır. İran regionda Qərbin maraqlarına cavab verməyən qüvvə olduğu və 40-milyondan çox Azərbaycanlının ərazi və mədəni haqqlarını pozduğu üçün çıxış yolu daxildə problem yaratmaq idi. Eyni zamanda Bütöv Azərbaycanın yaranması Qərbin və Şərqin etimadını qazanan Şimali Azərbaycanın regionda aparıcı dövlət olmasına şərait yaradacaqdır. Çünki Türkiyə bir dövlət olaraq Böyük güclər arasında balans yarada bilmir, Azərbaycan isə əksinə bütün güclərin arasında balanslı siyasət qura bilib. Əlavə edim ki, Iranın regionda dominantlıq etmək potensialı olsa da, onun daxildən partlama riski də yüksəkdir. Indiki rejim zorakılıqla süquta uğrasa, Iranın şimalında 40 milyonluq azərbaycanlı əhalisi ilə mərkəzi Təbriz olan yeni dövlət yarana bilər. Bu da artıq müstəqil olan Azərbaycan Respublikası ilə birləşərək, hətta indiki Türkiyədən də təsirli yeni regional gücün meydana çıxması deməkdir". Onun sözlərinə görə, bu dövlətin yaranması eyni zamanda, Ermənistanın Dağlıq Qarabağ ərazilərinə iddialarını çətin vəziyyətə sala bilər: "Konqresmen Dana Rohrabacherin 2012-ci ilin sentyabrın 12-də ABŞ-ın Nümayəndələr Palatasına İranda yaşayan azərbaycanlıların öz müqəddəratlarını təyinetmə hüquqlarının tanınması barədə qətnamə layihəsi təqdim edib. Bu layihə gizli müzakirədən sonra icra üçün dövlət rəsmilərinə təqdim edilib".
Məhəmməd