Azərbaycan bölgədə sülhü təmin edən dövlətə çevrilib
Hazırda Azərbaycan dünyanın, xüsusən, Cənubi Qafqaz regionunun ən sabit və təhlükəsiz ölkələrindən biri hesab olunur. Bu faktı son vaxtlar Azərbycanda keçirilən beynəlxalq tərdbirlərin və ölkəmizə səfər edən turistlərin sayı bir daha təsdiqləyir. Ölkəmiz işğalçı Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə qarşılıqlı maraqlara, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan mehriban qonşuluq siyasəti həyata keçirir.
8 İyun 2017 13:37 SiyasətAnti-Azərbaycan qüvvələr ölkəmizin regiondakı sabitləşdirici funksiyasına kölgə salmağa çalışırlar
Hazırda Azərbaycan dünyanın, xüsusən, Cənubi Qafqaz regionunun ən sabit və təhlükəsiz ölkələrindən biri hesab olunur. Bu faktı son vaxtlar Azərbycanda keçirilən beynəlxalq tərdbirlərin və ölkəmizə səfər edən turistlərin sayı bir daha təsdiqləyir. Ölkəmiz işğalçı Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə qarşılıqlı maraqlara, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan mehriban qonşuluq siyasəti həyata keçirir. Təsadüfi deyil ki, prezident İlham Əliyev qeyd edib ki, "Biz heç bir ölkə ilə əlaqələrimizi pozmamışıq. Heç bir ölkə ilə aramızda heç bir gərginlik yoxdur. Azərbaycan dünya birliyinin etibarlı, dəyərli üzvüdür. Bütün həmkarlarımla keçirilən görüşlərdə Azərbaycana böyük hörmət müşahidə olunur. Azərbaycanda gedən işlər dünya birliyi tərəfindən izlənilir və böyük təqdirlə qarşılanır. Bizim xarici siyasətimiz çox fəaldır, çevikdir, milli maraqlar üzərində qurulub və milli maraqlar bizim üçün ən prioritet məsələdir". Azərbaycanın əməkdaşlıq etdiyi ölkələr sırasında qonşu Gürcüstan da xüsusi yer tutur. Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır, qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində yaxından iştirak edən ölkədir. Gürcüstan və Azərbaycan xalqları, hər iki ölkənin liderləri arasında səmimi dostluq münasibətləri inkişaf edir. Amma bu dostluğu, yaxın qonşuluq münasibətlərini gözü götürməyənlər də var. Bəzi xarici anti-Azərbaycan dairələr, xüsusilə də Ermənistan və erməni lobbisi uzun illərdir Gürcüstanla Azərbaycan arasında olan isti münasibətləri pozmağa, iki dost ölkə arasında gərginlik yaratmağa cəhd göstərirlər. Onlar öz çirkin məqsədlərinə nail olmaq üçün ən müxtəlif vasitələrdən istifadə edirlər. Əfqan Muxtarlının saxlanılmasını əsas gətirərək Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq cəhdləri edən qüvvələr də bu məqsədə xidmət edir. Hazırda bəlli qüvvələr ölkəmizə qarşı çirkin niyyətlərini reallaşdırmağa çalışırlar. Lakin bütün cəhdlərə baxmayaraq iki ölkə arasındakı münasibətləri soyutmaq cəhdləri baş tuttmayacaq.
Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev deyib ki, Gürcüstanın ərazisi anti-Azərbaycan qüvvələr, Ermənistan və erməni lobbisi tərəfindən maliyyələşdirilən anti-milli ünsürlərin fəaliyyət meydanına çevrilib və Azərbaycana qarşı istifadə olunmağa başlayıb. Millət vəkili bildirib ki, bu cür qara qüvvələr dəfələrlə Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirən addımlar atsalar da, onların bu cəhdləri iflasa uğrayıb: "Azərbaycan Respublikası Baş Prokrurluğu tərəfindən verilən açıqlamada göstərilir ki, Əfqan Muxtarlı Azərbaycan-Gürcüstan sərhədini qeyri-qanuni keçdiyi üçün saxlanılıb.Əfqan Muxtarlının Gürcüstan tərəfinin saxlayıb təhvil verməsi ilə bağlı heç bir sübut yoxdur. Bu hadisənin iki ölkə arasında münasibətləri korlamasına gəlincə isə bu, mümkün deyil. Gürcüstan-Azərbaycan münasibətlərini bir neçə dəfə korlamaq cəhdləri olub. Ancaq bu cəhdlər baş tutmayıb. Çünki Gürcüstan-Azərbaycan dostluğu böyük tarixi keçmişə dayanır. İki dost, qardaş dövlət arasında olan münasibəti heç bir qara qüvvə korlaya bilməz". Millət vəkili Elman Nəsirov qeyd edib ki, Azərbaycan inkişaf edən və hədəfi bəlli olan ölkə olduğundan bir sıra qüvvələr bu inkişafı gözü götürmür və bizə qarşı çirkin qarayaxma kampaniyası aparırlar: "Hətta bəzi təşkilatlar Azərbaycanda insan haqları ilə bağlı heç bir əsası olmayan hesabatlar hazırlayaraq, ölkəmizə təzyiq yolunu seçirlər. Burada Napaleonun bir məhşur ifadəsi yada düşür: Kimin nə problemi varsa, ondan daha çox danışır. Bu gün Avropanın insan haqları sahəsində elə ciddi problemləri var ki, Azərbaycanı bu məsələdə ittiham etməyə mənəvi haqqı yoxdur. Sadəcə, bu anti-Azərbaycan qüvvələr Azərbaycanı zəiflətməklə, onu bəzi müsəlman ölkələrinin gününə salmaq istəyirlər. İstəyirlər ki, burada da idarəolunaun xaos yaradıb, asılı hakimiyyət formalaşdırsınlar. Azərbaycanla diqtə dilində danışsınlar. Bu, mümkün olmadıqda, ölkə rəhbərliyi möhkəm siyasi iradə nümayiş etdirdikdə, başlayırlar qarayaxma kampaniyasına. Lakin belə təzyiq və qarayaxmalar Azərbaycanı öz yolundan döndərə bilməyəcək və ölkəmiz tutduğu yolla irəliyə doğru gedəcək. Azərbaycan regionun sabitləşdirici funksiyası rolunu oynadığından, bölgəni sülh regionuna çevirmək istəyir".
Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, Anti-Azərbaycan qüvvələrinin ölkəmizin daxili işlərinə qarışmaq cəhdi hər zaman olub: "Həmin qüvvələr tək bu gün deyil, tarix boyu Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarını mənimsəmək, talan etmək ambisiyası güdüblər. Tarixə baxsaq, istənilən dövrdə Azərbaycana qarşı sümürgəçi imperialist maraqların olduğunu görmək mümkündür". Deputatın sözlərinə görə, vaxtilə Azərbaycan xalqı ölkəmizə qarşı edilən təzyiq cəhdlərinin ağır bədəlini ödəsə də, hazırda yeni texnologiyalar əsrinin mövcudluğu sayəsində insanlarımız dünyada baş verən bütün hadisələrdən xəbərdardır və bu cür hadisələrin qarşısını anında ala bilir: "Artıq vətəndaşlarımız ölkəmizə qarşı olan qüvvələrin niyyətlərini, münasibətlərini anında hiss edir. Azərbaycan müstəqillik qazandıqdan sonra , xüsusilə də 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin, 2003-cü ildə isə Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra bizi sevməyən qüvvələrin layihələri darmadağın oldu və onlar niyyətlərinə çata bilmədilər. Ölkə başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan güclü dövlətdir, ölkəmizdə xalq-hakimiyyət birliyi var. Belə olan halda, ölkəmizin inkişafını gözü götürməyən qüvvələrin istəkləri hər zaman iflasa uğrayacaq və onlar istəklərinə nail ola bilməyəcəklər". M. İbrahimqızı qeyd edib ki, bir sıra hallarda həmin qüvvələrin ölkəmizə qarşı hər hansı kampaniyanı məhz Azərbaycanın daxilində olan anti-milli qüvvələrin vasitəsilə həyata keçirmək istəyi təəssüfedici haldır: "Lakin Azərbaycanda elə qüvvələrə yer yoxdur.Bu gün insanlarımız Misir, İraq, Suriya və digər müsəlman ölkələrində nələrin baş verdiyini çox yaxşı görür və onların uçurumda olduğunu anlayır. Həmin xalqlar məhz dağıdıcı qüvvələrin sayəsində tarix boyu yaşadıqları vətənlərində ağır tale yaşayır, fəlakətlərlə üz-üzə qalırlar. Günahsız qadın və uşaqlar Aralıq dənizində sulara qərq olurlar. Ona görə də, bu gün Azərbaycan insanı ayıq-sayıqdır. Xalqımız bu acıları, Xocalı, 20 Yanvar faciələrində yaşayıb. Azərbaycan xalqı bilir ki, dünyadakı qlobal təhlükələr fonunda dövləti kim idarə edə bilər. Bu gün dünyanın taleyi liderlərin əlindədir. Bu gün Ukraynanın güclü lideri olsaydı, əlbəttə həmin ölkə dağılmaz, iki yerə bölünməz və vətəndaş müharibəsi olmazdı. Bu mənada anti-Azərbaycan qüvvələrinin ölkəmizlə bağlı müxtəlif layihələri davam edir və onlar müxtəlif ölkələrin vasitəsilə ölkəmizə təzyiq etməyə cəhd edir, xaos yaratmaq istəyirlər. Ölkəmizin güclü lideri sayəsində onlar heç zaman istəklərinə çata bilmir və bundan sonra da niyyətlərini həyata keçirə bilməyəcəklər. Azərbaycan prezidenti güclü, cəsarətli iradəyə sahibdir və dövlət başçısı hər zaman qeyd edir ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmaz, əbədi və müstəqildir".
Alim