Gündəm

Bakı-Qazax magistral yolunda hərəkət məhdudlaşdırılır

12 İyun 2017 11:39

“Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

DGK büdcəyə 974 mln. 903,31 min manat ödəyib

12 İyun 2017 11:35

Bu ilin yanvar-may ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 974 mln. 903,31 min manat daxil olub. Komitədən “Olaylar”a verilən məlumata görə, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 124 mln. 317,96 min manat və ya 14,62% artıb. Bu ilin beş ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 268 mln. 20,84 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 663 mln. 809,14 min manat, aksizlər üzrə 39 mln. 25 min manat, yol vergisi üzrə isə 13 mln. 48,33 manat təşkil edib.

Həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb

12 İyun 2017 11:33

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın Azərbaycana üç günlük səfəri başlayıb. Bu barədə Avropa Şurasının Bakıdakı ofisindən məlumat verilib.

Aİ: "İnsan alveri fundamental hüquqları təhlükə altına qoyur"

12 İyun 2017 11:32

İnsan alveri bütün dünyanı, o cümlədən Avropa İttifaqını (Aİ) və insanların fundamental hüquqlarını təhlükə altına qoyur. Bunu Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bu gün "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması" layihəsinin açılış mərasimində deyib.

ABŞ-da Trampa qarşı cinayət işi açıldı

12 İyun 2017 11:26

Vaşinqton və Merilend ştatlarının baş prokurorları ABŞ prezidenti Donald Trampı dövlət başçısı vəzifəsinin icrasına başladıqdan sonra bizneslə məşğul olmaqda şübhəli bilərək, konstitusiyanı pozması ehtimalı əsasında məhkəməyə müraciət etməyə hazırlaşırlar.

Azərbaycanda seyidlik vəsiqələri verilir - QMİ-nin xəbəri varmı? 

12 İyun 2017 11:23

Azərbaycanda Seyid Ağa vəsiqələri verilir. Belə vəsiqələrdən birinin fotoşəkli sosial şəbəkədə müzakirə mövzusu olub. Tağıyev Elnur Mirverdi oğlunun "seyidliyini təsdiqləyən sənəd" QMİ-nin cənub bölgəsi üzrə qazisiMirqiyas Təhməzov tərəfindən verilib. "Sənəd" onun imzası və şəxsi möhürü ilə təsdiqlənib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyində yeni rəis müavinlərinin adları dərc olunub

12 İyun 2017 11:19

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyində yeni rəis müavinlərinin adları dərc olunub. Yeni rəis müavinləri Mehdi Dadaşov və Fariz Rzayevdir.

Rusiyada yol qəzasında 11 nəfər həlak oldu

12 İyun 2017 11:16

Rusiyanın Zabaykalye bölgəsində ağır yol qəzası baş verib. Sərnişin avtobusunun aşması nəticəsində baş verən qəzada 11 nəfər həyatını itirib.

Nahid Bağırov: "Əcnəbilər artıq öz ölkələrində Azərbaycan haqqında danışır"

12 İyun 2017 11:15

Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən söz açıb.

AMEA İtaliyanın Neapol Şərq Universiteti ilə memorandum imzaladı

12 İyun 2017 11:09

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə İtaliyanın Neapol Şərq Universiteti arasında arxeologiya sahəsində birgə tədqiqat və təhsil əməkdaşlığını nəzərdə tutan memorandum imzalanıb. Akademiyadan “Olaylar” – a bildirilib ki, memorandumu institutun direktoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimova  və Neapol Şərq Universitetinin professoru Bruno Cenito imzalayıblar.

Türkmənistan Azərbaycana yeni səfiri təyin etdi

12 İyun 2017 10:25

İyunun 9-da Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Mekan İşanquliyevə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilməsi barədə sərəncam imzalayıb.

Nazirlər Natiq Əliyevə görə Bakıya gələcəklər

12 İyun 2017 10:23

Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirləri Aleksandr Novak və Xalid əl-Falih bu gün Azərbaycana gələcək. A.Novak vəF. əl-Falih bu həftə vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin xatirəsini yad etmək üçün Bakıya gəlir. Onlar sabiq nazirin məzarını ziyarət edəcəklər.

Bakı Beynəlxalq Avtovağzalında yeni təyinat

12 İyun 2017 10:20

Jurnalist Yaşar İsakov Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri təyin edilib.  Y. İsakov bundan əvvəl Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəisinin mətbuat məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb. Ondan öncə isə Y. İsakov “Press24.az” saytının, “Birja plyus”, “Yejenedelnik” qəzetlərinin, “Bona Mente” jurnalının, “News24.az” saytının baş redaktoru olub, məqalələri “Day.az”, “1News.az”, “Aznews.az” saytlarında, “Exo” və “Naş vek” qəzetlərində dərc olunub.

"Riyad" açıqlama verdi

12 İyun 2017 10:17

“İyunun 8-də səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu 9-cu mikrayon, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edərək əməkdaşları zor gücünə çölə çıxarmaqla bağlı yayılan informasiyalar tamamilə qeyri-obyektivdir və əsassız ittihamlardan ibarətdir.” Bunu “Riyad” Mühafizə Xidmətinin mətbuat katibi Fuad Mədətov "Olaylar" - a açıqlamasında bildirib.  O, qeyd edib ki, adıçəkilən mağazanın əsl (hüquqi) sahibi məhz Xanməmmədov Azadxan Allahqulu oğludur:

Azərbaycanda 5 yaşlı uşaqdan yeni rekord 

12 İyun 2017 10:15

Azərbaycan şahmat tarixində 5 yaşlı uşaq yeni rekord təyin edib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 236 nömrəli məktəbin məktəbəhazırlıq qrupunda məşğələlərə cəlb olunan Paşam Əlizadə birinci dərəcə normasını yığıb.