Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyində yeni rəis müavinlərinin adları dərc olunub
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyində yeni rəis müavinlərinin adları dərc olunub. Yeni rəis müavinləri Mehdi Dadaşov və Fariz Rzayevdir.
12 İyun 2017 11:19 SiyasətAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyində yeni rəis müavinlərinin adları dərc olunub. Yeni rəis müavinləri Mehdi Dadaşov və Fariz Rzayevdir.
Qeyd edək ki, siyahı Azərbaycan Prezidentinin rəsmi saytında dərc olunub:
(http://www.president.az/first-vice-president/services)
Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyinə Altay Həsənov rəhbərlik edir.
Anar Ələkbərov və Yusuf Məmmədəliyev Azərbaycanın Birinci vitse-prezidentinin köməkçiləridir.
Qeyd edək ki, bu il fevral ayının 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Trend.az