Gündəm

“İnsan səsi” tamaşası nümayiş olundu

12 İyun 2017 09:48

 Akademik Milli Dram Teatrının kiçik səhnəsində Mədəniyyət və İncəsənət Universitetinin magistri, Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızının quruluş verdiyi və rol aldığı “İnsan səsi” tamaşası nümayiş olunub. Teatrın mətbuat katibi Cavid Zeynallının “Olaylar” – a verdiyi məlumata görə, fransız yazıçısı və kinorejissoru Jan Koktonun müəllifi olduğu monopyes əsasında ərsəyə gələn səhnə işinin rejissoru Fidan Cəfərova, bəstəkarı Rino Rhodes, səhnə tərtibatçısı Qabil Gözəlovdur.

2,5 minə yaxın miqrant xilas edildi

12 İyun 2017 09:37

Liviya sahillərində 2 sutka ərzində 2,5 minə yaxın miqrant xilas edilib. Bunu BMT-nin qaçqınlar üzrə Ali Komissarının İdarəsində bildiriblər. Məlumata əsasən, azı 52 miqrant itkin düşmüş sayılır. Onların axtarışı ilə hazırda İtaliya Sahil Mühafizəsi Xidmətinin əməkdaşları məşqul olur.

Hindistanda vertolyot qəzası: ölən və yaralananlar var

11 İyun 2017 14:08

Hindistanda vertolyot qəzaya uğrayıb. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə ölkənin şimalındakı Uttarakhand ştatında qeydə alınıb. Belə ki, xüsusi aviaşirkətə məxsus "Agusta 119" vertolyotu Haridvar şəhərinə uçuş zamanı havanın təzyiqinin aşağı olması səbəbindən müvazinətini itirərək yerə düşüb. Nəticədə vertolyotun mexaniki ölüb, iki pilot isə xəsarət alıb.

Hava ilə bağlı XƏBƏRDARLIQ edildi

11 İyun 2017 13:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, iyunun 12-dən 13-ü gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

İŞİD liderinin növbəti dəfə ölüm xəbəri yayıldı

11 İyun 2017 13:54

İŞİD terror təşkilatının lideri Əbubəkir əl-Bağdadinin Rakka şəhərinə hava zərbəsi zamanı öldürüldüyü barədə xəbər yayılıb. Bu barədə "Daily Mail" qəzeti Suriya Dövlət Televiziyasına istinadən məlumat yayıb. Ancaq terrorçuların "Amaq" saytı bunu təsdiqləyən məlumat yaymayıb.

Azərbaycan və Özbəkistan poeziyası bir kitabda

11 İyun 2017 11:08

Bakıda “Özbəkistan-Azərbaycan poeziyası: əbədi dostluq əlaqələri” (“Ўзбекистон - Озарбайжон шеърияти: боқий дўстлик ришталари) adlı antologiya nəşr olunub. Bu barədə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Saodat Muhammedova məlumat verib. O qeyd edib ki, kitab Daşkənddə hazırlanaraq Bakıda çap edilib. Kitabın ərsəyə gəlməsində şair Süleyman Abdullanın da böyük əməyi keçib.

Abituriyentlər sınaq imtahanı verir

11 İyun 2017 11:05

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün respublikanın 11 şəhərində sınaq imtahanları keçirir. DİM-dən verilən xəbərə görə, imtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində ümumilikdə 30 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 15274 abituriyent qeydiyyatdan keçib. Sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.

Salyanda canavar kəndə hücum edib: 2 yaralı

11 İyun 2017 11:03

Salyan rayonunda canavar sakinlərə hücum edib. Hadisə bu gün səhər saatlarında rayonun Şəkərli kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakinləri, 45 yaşlı Nazlı Məmmədağa qızı Səmədova və onun qohumu, 48 yaşlı Tahirə Həbulla qızı Səmədova odun yığarkən canavarın hücumuna məruz qalıblar. Yırtıcı hər iki qadının qollarını dişləyərək onlara müxtəlif dərəcəli xəsarətlər yetirib. Qadınların köməyinə yaxınlıqdakı çobanlar gəlib. Onlar canavarı öldürüblər.

“Şiddət” - ə YOX DEYƏK

11 İyun 2017 11:01

 İyunun 12 – də saat 17:00 – dan 19:30 – dək Bakıda "ŞİDDƏT" adlı fotosərgi keçiriləcək. Azərbycan Fotoqraflar Birliyindən “Olaylar” – a bildirlib ki, layhənin məqsədi cəmiyyətdə insanların biri birinə və özünə qarşı törətdikləri şiddətə və zorakılığa "YOX" deməkdir. Qeyd edək ki, layihə rəhbəri  Nisa Rahimova, fotoqrafı Taleh Valehov, qrim ustası  Fəridə Abbasovadı.

Putin: "Nəvələrimlə oynamağa vaxtım olmur"

10 İyun 2017 19:46

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Amerikanın "Oskar" mükafatlı rejisoru Oliver Stouna verdiyi müsahibəsi medianın marağına səbəb olub.