Bakı-Qazax magistral yolunda hərəkət məhdudlaşdırılır
“Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
12 İyun 2017 11:39 Sosial"Azəravtoyol" ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, iyunun 12-i səhər saat 10:00-dan etibarən Bakı-Qazax magistral avtomobil yolunun 47 km-dən 72 -ci km-ə kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işlərinə başlanılıb. İşlərin aparıldığı hissədə avtonəqliyyat vasitələrinin hərəkətində tam və qismən mədudlaşdırılma olacaq. Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq. Bunun üçün də "Azəravtoyol" ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sürət həddinə nəzarət etmələrini xahiş edir.