Gündəm
Elçin Hüseynbəyli yazır... Qarısına tut dərən qoca
Parka gedən yolun üstündə iki tut ağacı var. Ağappaq, şipşirin tutları olur. Hər səhər ondan xeyli dərib yeyirəm. Şirinliyindən adamın boğazı qavışır, ədəbi dildə desək, göynəyir. Mən tut həvəskarı deyiləm, çünki uşaqlıqdan onun içində böyümüşəm, o qədər yemişəm ki, limitim dolub, amma babalarımızın səhərlər, acqarına tut yemək barədə tövsiyyəsini unutmamışam. Bir-ikisinin əvəzinə, otuz qat artığnı yeyirəm.
Yanvar-may aylarında “İş yerinə dair arayış” elektron xidmətinə 111,5 mindən çox müraciət qeydə alınıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə ötən ay əvvəlki aprel ayı ilə müqayisədə 6 faiz çox olmaqla 24 482 dəfə müraciət olunub.
Millimizin hücumçusu Superliqa klubu ilə anlaşdı
Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz karyerasını Türkiyədə davam etdirəcək. "Bursaspor"un oyunçusu Superliqanın digər klubuna keçməyə hazırlaşır.Belə ki, Bursa klubunda əsas komandadan uzaqlaşdırılan və transferə çıxarılan 29 yaşlı forvard "Osmanlıspor"un formasını geyinməyə yaxındı.
"Türkiyə Qətərə dəstək verdiyinə görə təzyiqlə üzləşir"
Türkiyə Qətərə dəstək verdiyinə və regionun siyasi xəritəsini dəyişməyə hədəflənmiş qüvvələrə qarşı çıxdığına görə təzyiqlə üzləşir. Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Mahir Ünal deyib. O qeyd edib ki, region ölkələri böhran yaşayır: "Əgər Türkiyə güclü olmasaydı, İraq və Suriyadakı böhran Türkiyəyə də keçə bilərdi".
Beynəlxalq Kitab Mübadiləsi çərçivəsində 3 kitab, 72 nüsxə jurnal
AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) 2017-ci ilin may ayı ərzində dünyanın bir çox ölkələrinin təşkilatları ilə Beynəlxalq Kitab Mübadiləsi (BKM) çərçivəsində 3 nüsxə kitab və 72 nüsxə jurnal daxil olub. Nəşrlər ABŞ Konqres Kitabxanası, ABŞ Miçiqan Universitet Kitabxanası, ABŞ-ın “Science News” jurnalının redaksiyası, Belarus Milli Kitabxanası, Bolqarıstanın Sofiya Universitet Kitabxanası, Çin Milli Kitabxanası, Böyük Britaniyanın “Nature” jurnalının redaksiyası, London Asiya Cəmiyyəti, Rusiyanın “Китай” Jurnalının redaksiyası, Yaponiya Neft-Kimya Cəmiyyəti, Yaponiyanın Riyaziyyat Cəmiyyəti, Yaponiya Akademiyası, Kimya Cəmiyyəti, Almaniyanın Fizika-Texnika Cəmiyyəti, Berlinin Fraye Universitetinin Kitabxanası, Türkiyənin Türk Dil Qurumu, Səudiyyə Ərəbistanın İctimai İdarəetmə Nəşriyyatı, İsveçin “Elements” Redaksiyası və s. ünvanlardan əldə edilib.
MEK – də 8900 nüsxə ərəb dilli əsərlər mühafizə olunur
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Şərq fondundakı ərəb və fars dillərində mövcud olan ədəbiyyatların təqdimatını keçirilib. Kitabxanadan “Olaylar” – a bildirlib ki, Kitabxananın direktoru Leyla İmanova fondlarda saxlanılan incilərin, şəxsi kitab kolleksiyalarının, yeni sənədlərin təqdimatlarının ənənəvi olaraq hər həftə keçirildiyini bildirdi. L. İmanova qeyd edib ki, müasir dünyada kitabxanaları bir-birindən fərqləndirən ancaq oxucuların və fondlarda mühafizə olunan sənədlərin sayı deyil, kitabxananın təqdim etdiyi xidmətlərin özəllikləri, mühafizə olunan sənədlərin dəyəridir. “MEK saxlanclarında mühafizə olunan hər bir sənədə dəyər verir və dünya təcrübəsində ənənə halını almış təqdimatlara öz naxışını, dəst-xəttini gətirib” deyə direktor qeyd edib. Şərq ədəbiyyatı fondu haqqında məlumat verən L. İmanova fondun türk, fars və ərəbcə yazılmış bir çox qaynaqları özündə birləşdirdiyini dedi. Akademiyanın 15 təsisçisi olan görkəmli alimlərin büstlərindən ibarət qalereyanın tanıtım lövhələrini Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi tərəfindən ərəb dilinə, Əfqanıstan İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mohammad Taqi Xalili cənabları tərəfindən isə şəxsən fars dilinə tərcümə edildiyini vurğuladı.
Nazir müavini: "Avropa İttifaqı ilə sazişi Brüssel sammitinə qədər razılaşdıracağımızı düşünmürəm"
Sabah və o biri gün Bakıda Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqlar keçiriləcək. Danışıqlar iki istiqamət - birincisi, siyasi və təhlükəsizlik, ikincisi isə ticarət və investisiya məsələləri üzrə aparılacaq. Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. Nazir müavini bildirib ki, ola bilsin, bu ayın sonuna kimi hansısa istiqamət üzrə video-konfrans da keçirilsin və iyulun birinci yarısına qədər müzakirələr davam etdirilsin.
QMİ: "İdarə heç bir vətəndaşa bu tip vəsiqə vermir"
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qazısının vətəndaşa "Seyid Ağa" vəsiqəsi verməsi ilə bağlı yaranan qalmaqala idarə və qazı münasibət bildirib. QMİ-dən bildirilib ki, idarə heç bir vətəndaşa bu tip vəsiqə vermir, bu, qazının şəxsi təşəbbüsü olub: "Möhürdən də göründüyü kimi bu, idarənin yox, qazının möhürüdür".
Milli dəyərlərimiz beynəlxalq səviyyədə təbliğ edilir
“Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyası” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Milli dəyərlərimizin beynəlxalq səviyyədə təbliği” layihəsinin fəaliyyət planına uyğun olaraq Bakı şəhərində tədbir həyata keçirilib.
Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı
2017/2018-ci tədris ili üzrə qeyri-dövlət ali təhsil müəssisələrinə (özəl ali məktəblər) ayrılan plan yerlərinin sayı azaldılıb. 2016/2017-ci tədris ili üzrə özəl ali məktəblərə qəbul planı 7 038 olmuşdusa, növbəti tədris ili üçün bu rəqəm 6195 olacaq.
Bakıda möcüzə: 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxıldı, zədə almadı
Bakıda 2 yaşlı uşaq ehtiyatsızlıqdan binanın 6-cı mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. Hadisə Qaradağ rayon Sahil qəsəbə B.Əliyev küçəsin dəki 9 mərtəbəli binada baş verib. 2015-ci il təvəllüdlü Əli Hüseynli yaşadığı altıncı mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb. Xoşbəxtlikdən o, ikinci mərtəbədə yaşayan qonşunun quraşdırdığı paltar sərmək üçün iplərə ilişib və yüngül xəsarətlər alıb.
İŞİD-də döyüşən azərbaycanlıların məhkəməsi başladı
Suriyada qanunsuz silahlı birləşmələrdə təqsirləndirilən Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs edilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə başlayıb.
Muğam Mərkəzində ozanların ifasında İrfan türküləri səsləndi
Beynəlxlaq Muğam Mərkəzində Türk sufi-ozanlarının konserti keçirilib. Mərkəzdən “Olaylar” - biuldirrilib ki, konsertdə Hüseyn Albayrak və Ali Rıza Albayrak tamaşaçılar qarşısına tükr musiqisinin əsas qollarından sayılan İrfan musiqi ilə çıxış ediblər. Öncə tamaşaçılar İrfan fəlsəfəsi ilə tanış oldular. Birdirildi ki, irfan musiqisi insanla təbiət barəsində bilavasitə rol oynayır. İrfan musiqisi dedikdə ruha birbaşa təsir göstərib, müxtəlif hallar yarada bilən bir musiqi nəzərdə tutulur.
Evə girən silahlı şəxs 5 nəfəri öldürdü
Türkiyə mətbuatında yayılan son dəqiqə xəbərinə görə, Konya şəhərində əlində silah olan şəxs Cihanbeyli mahalında girdiyi evə atəş açaraq 5 nəfəri öldürüb. Onun şizofren olduğu deyilir.
486 insan alverçisi məsuliyyətə cəlb edilib
Son 12 ildə Azərbaycanda 486 insan alverçisi məsuliyyətə cəlb edilib. Bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov bu gün "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması" layihəsinin açılış mərasimində deyib.




.jpg)








