QMİ: "İdarə heç bir vətəndaşa bu tip vəsiqə vermir"

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qazısının vətəndaşa "Seyid Ağa" vəsiqəsi verməsi ilə bağlı yaranan qalmaqala idarə və qazı münasibət bildirib.  QMİ-dən bildirilib ki, idarə heç bir vətəndaşa bu tip vəsiqə vermir, bu, qazının şəxsi təşəbbüsü olub: "Möhürdən də göründüyü kimi bu, idarənin yox, qazının möhürüdür".

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qazısının vətəndaşa "Seyid Ağa" vəsiqəsi verməsi ilə bağlı yaranan qalmaqala idarə və qazı münasibət bildirib.  QMİ-dən bildirilib ki, idarə heç bir vətəndaşa bu tip vəsiqə vermir, bu, qazının şəxsi təşəbbüsü olub: "Möhürdən də göründüyü kimi bu, idarənin yox, qazının möhürüdür". İdarədən məsələnin araşdırılacağı bildirilib və əlavə edilib ki, hacı Mirqiyas Təhməzov Cəlilabad, Masallı və Biləsuvar rayonları üzrə qazıdır.

Qeyd edək ki, sosial şəbəkələrdə QMİ qazısı hacı Mirqiyas Təhməzov tərəfindən Tağıyev Elnur Mirverdi oğluna "Seyid Ağa" vəsiqəsi verilməsi ilə bağlı sənədin fotosu yayılması geniş müzakirələrə səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31