Gündəm
“İş adamları” istehlakçıları necə aldadırlar?
Son vaxtlar respublikada istehlakçıların aldadılması hallarına daha çox rast gəlinir. Ticarət mərkəzlərində istər satışa çıxarılan malların keyfiyəti, istərsə də süni qiymət artımı baxımından vəziyyət elə də ürəkaçan deyil.
Tbilisi-Bakı münasibətləri strateji xarakter kəsb edir
Məkirli planlarının puça çıxmasına baxmayaraq hələ də antiAzərbaycan şəbəkə Tbilisi ilə Bakı arasında münasibətlərə zərbə vurmaq istiqamətində fəaliyyətini davam etdirir. Xaricdəki erməni lobbisinin hazırladığı ssenari əsasında çirkli pulları Gürcüstan üzərindən Azərbaycana keçirmək, növbəti mərhələdə isə ölkədə törətdikləri təxribatlara rəsmi Tblisini də şərik çıxarmaq planları ifşa edildikdən sonra, “suda boğulan saman çöpündən yapışar” prinsipi ilə yaşayan məlum şəbəkə hər şeydən əli üzüldüyündən indi də iki ölkənin rəsmi şəxsləri və qurumlarının məlum hadisə ilə bağlı yaydığı açıqlamaları öz maraqlarına uyğun şərh edərək onu cəmiyyətə çatdırır, ictimaiyyət arasında mənfi fikir formalaşdırmağa çalışır.
Bu il paytaxtın orta məktəblərini 20 124 şagird bitirəcək
2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfini 27 708, XI sinfini 19 525 nəfər bitirəcək. İdarədən “OLAYLAR”-a bildirilib ki, paytaxtda 45 321 nəfər I sinfi, 599 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflərdə) başa vuracaq.
Moskvada korrupsiyaya qarşı etiraz aksiyası keçiriləcək
Bu gün Rusiyanın paytaxtı Moskvada korrupsiyaya qarşı etiraz aksiyası keçiriləcək. Etiraz aksiyası paytaxtın Tverskaya küçəsinə təyin edilib. Aksiyanın təşkilatçısı Aleksey Navalnı son anda tədbirin keçiriləcəyi yerin akademik Saxarov prospektindən Tverskaya küçəsinə dəyişdirildiyini açıqlayıb. O bildirib ki, buna səbəb səhnə və səsin tərtibatına cavabdeh olan şəxslərin aksiya iştirakçıları ilə əməkdaşlıqdan imtina etmələri olub. Tverskaya küçəsindəki etiraz aksiyası isə şəhər hakimiyyət orqanları ilə razılaşdırılmayıb.
İker Kasilyas A Seriyasına gedə bilər
"Porto"nun təcrübəli qapıçı İker Kasilyas karyerasının İtaliyada davam etdirə bilər. 36 yaşlı qolkiper "Napoli"yə təklif olunub. Xose Reyna bu yay Neapol klubunu tərk edə bilər.
"Bavariya"" fransalı futbolçuya görə 50 milyon avro ödəməli olacaq
"Bavariya" gənc fransalı yarımmüdafiəçi Korenten Tolissonu transfer etməyə çalışır. "Lion" 22 yaşlı havbekə görə 40-50 milyon avro tələb edir. "Bavariya" 35 milyon birbaşa, 15 milyon avro isə bonus kimi Fransa klubuna ödəməli olacaq. Tolisso "Lion"un öz yetirməsidir.
Yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
İranda 4 İŞİD-çi öldürüldü
İranda İŞİD bayrağını daşıyan 4 silahlı şəxs polislə atışmada öldürülüb. Bu şəxslərdən ikisi əcnəbi olub. Hadisə iyunun 11-də İranın Hörmuzqan əyalətində baş verib.
Bakıda adam oğurlayan dəstə tutuldu
Daxili işlər orqanları şəxsiyyət əleyhinə olan, quldurluq və adam oğurluğu cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar” verilən məlumatda bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsinə (PB) müraciət edən Qazax rayon sakini İsmayıl Umudov əvvəldən tanımadığı şəxslərin onu oğurlayaraq bir gecə naməlum evdə saxladıqlarını, orada döyərək 90 manatını və 1400 türk lirəsini quldurluq yolu ilə aldıqları barədə məlumat verib.
Dünyanın ən qısa orucu bu kənddə tutulur - Oruc müddəti cəmi 3,5 saatdır
Müsəlman dünyası Ramazan ayını yaşayır. On bir ayın sultanı olan Ramazan bu il də ilin ən qızmar günlərinə təsadüf edib. Buna baxmayaraq müsəlmanlar uzun saatlarla ac-susuz qalaraq inandıqları dinlərinin şərtlərindən birini yerinə yetirirlər. Azərbaycan da oruc müddətinin ən çox davam etdiyi ölkələrdəndir. Təqvimə əsasən, bu müddət 16-17 saata qədərdir. Lakin bundan daha uzun müddət oruc tutan ölkələrin də sayı az deyil. Belə ki, Skandinaviya ölkələrində oruc müddəti 22 saatı da keçir.
"Barselona" forması geyinənləri 15 ilədək həbs gözləyir - "Qətər Hava Yolları" reklamına görə
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) maraqlı qərar qəbul edib. Bu ölkədə "Barselona" forması geyinənləri 15 ilədək həbs cəzası gözləyir. Buna səbəb isə formanın üzərindəki "Qətər Hava Yolları" reklamıdır.
TN: İndiyədək 140 min müəllimin diaqnostik qiymətləndirilməsi aparılıb
Ötən 4 ildə hər il müəllimlərin işə qəbulu prosesində iştirak edən iddiaçıların sayı artıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, 2015-ci ildə bu rəqəm 24437 nəfər olubsa, 2016-cı ildə 34888 nəfər miq.edu.az saytında qeydiyyatdan keçib. Müddətli və müddətsiz müqavilə ilə işə qəbul olunmuş müəllimlərin sayı 2015-ci ildə 2879, 2016-cı ildə 3000-dən çox olub ki, bunların da 86 faizi həvəsləndirmə tədbirləri ilə qəbul edilib.
Ötən ay 404 partlamamış hərbi sursat, 100-dək mina aşkar edilərək zərərsizləşdirilib
2017-cı ilin may ayı ərzində 1 633 964 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən verilən məlumata görə, 404 ədəd PHS, 81 ədəd tank əleyhinə və 16 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
"Dəlilik kağızı" olan müəllim işləyə bilərmi? - Bu "kağız" kimlərə verilir?
Bir neçə gün öncə Göyçay şəhərindəki 5 nömrəli orta məktəbin Aytəkin adlı tarix müəlliməsinin 5-ci sinif şagirdini döyməsi haqda xəbər ölkə mediasında müzakirə edilən hadisələrdən oldu. Şagirdin atası müəllimi şikayət edəcəklərini bildirdikdə, qarşılığında "hara istəyirsiniz şikayət edin, onsuz da mənim dəlilik kağızım var" cavabını aldı. Bu hadisədən sonra istər-istəməz müxtəlif suallar yaranır.
Kütləvi zəhərlənmə ilə bağlı yeni XƏBƏR: bəzi uşaqlar yenidən xəstəxanaya qayıdıb - YENİLƏNİB
Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən İmran Abdullayev modern.az-a bildirib ki, evə yazılan uşaqlardan bəziləri yenidən xəstəxanaya qayıdıb, həmçinin yeni müraciət edənlər də var: "Ona görə də xəstəxanda olan uşaqların sayı tez-tez dəyişir".














