Tbilisi-Bakı münasibətləri strateji xarakter kəsb edir

Məkirli planlarının puça çıxmasına baxmayaraq hələ də antiAzərbaycan şəbəkə Tbilisi ilə Bakı arasında münasibətlərə zərbə vurmaq istiqamətində fəaliyyətini davam etdirir. Xaricdəki erməni lobbisinin hazırladığı ssenari əsasında çirkli pulları Gürcüstan üzərindən Azərbaycana keçirmək, növbəti mərhələdə isə ölkədə törətdikləri təxribatlara rəsmi Tblisini də şərik çıxarmaq planları ifşa edildikdən sonra, “suda boğulan saman çöpündən yapışar” prinsipi ilə yaşayan məlum şəbəkə hər şeydən əli üzüldüyündən indi də iki ölkənin rəsmi şəxsləri və qurumlarının məlum hadisə ilə bağlı yaydığı açıqlamaları öz maraqlarına uyğun şərh edərək onu cəmiyyətə çatdırır, ictimaiyyət arasında mənfi fikir formalaşdırmağa çalışır.

Elman Nəsirov: "Müəyyən beynəlxalq siyasi dairələr və xüsusən də qeyri-hökumət təşkilatları müxtəlif yollarla çalışırlar ki, qardaş və dost dövlət olan Gürcüstanla Azərbaycanın münasibətlərinə xələl gətirsinlər"

"Bu məqsədlə bir çox hallarda " sapı özümüzdən olan balta"lardan istifadə praktikasına mütəmadi olaraq müraciət edirlər"

Məkirli planlarının puça çıxmasına baxmayaraq hələ də antiAzərbaycan şəbəkə Tbilisi ilə Bakı arasında münasibətlərə zərbə vurmaq istiqamətində fəaliyyətini davam etdirir. Xaricdəki erməni lobbisinin hazırladığı ssenari əsasında çirkli pulları Gürcüstan üzərindən Azərbaycana keçirmək, növbəti mərhələdə isə ölkədə törətdikləri təxribatlara rəsmi Tiblisini də şərik çıxarmaq planları ifşa edildikdən sonra, "suda boğulan saman çöpündən yapışar" prinsipi ilə yaşayan məlum şəbəkə hər şeydən əli üzüldüyündən indi də iki ölkənin rəsmi şəxsləri və qurumlarının məlum hadisə ilə bağlı yaydığı açıqlamaları öz maraqlarına uyğun şərh edərək onu cəmiyyətə çatdırır, ictimaiyyət arasında mənfi fikir formalaşdırmağa çalışır. İlkin mərhələdə erməni lobbisi ilə birlikdə ölkə əleyhinə fəaliyyət göstərən radikal düşərgə nümayəndələri Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlının Gürcüstanla sərhəddə saxlanılmasına guya rəsmi Tbilisinin ciddi etiraz bildirdiyi barədə rəy formalaşdırmağa çalışanlar, sonradan qonşu ölkədə yaşayan soydaşlarımızı dövriyyəyə soxmağa çalışdılar. Daha dəqiq desək Gürcüstan azərbaycanlıları adından radikalların həbsini pisləyən fikirlər dövriyyəyə buraxıldı. Ancaq çox keçmədən qonşu ölkədə yaşayan azərbaycanlılardan gələn reaksiya və birmənalı olaraq Azərbaycan dövlətçiliyinə göstərilən sadiqlik nümayişi radikalların daha bir cəhdini uğursuz sonluğa yuvarladı.

İndi isə radikallar Gürcüstan rəsmilərinin məlum hadisələrlə bağlı verdikləri açıqlamalar ətrafında skandal yaratmağa, şou düzəltməyə çalışırlar. Belə ki, bu günlərdə Gürcüstanın Təhlükəsizlik Komitəsinin rəhbərinin radikal düşərgənin bir neçə üzvünə qarşı həyata keçirilən əməliyyatda qonşu ölkənin hüquq-mühafizə orqanlarının iştirak etməməsi barədə açıqlaması məlum şəbəkə üçün sanki göydən düşmə olub. İndi başlayıblar iki ölkə arasında rəsmi səviyyədə münasibətlərə zərbə vurmaq cəhdinə. Təbii, görünən odur ki, hər hansı cəhdlər və təxribat xarakterli hərəkətlərə, fəaliyyətlərə baxmayaraq Azərbaycanla Gürcüstan arasındakı münasibətlərə, normal qonşuluq əlaqələrinə zərbə vurmaq mümkün olmayacaq. Çünki Tbilis-Bakı münasibətləri radikalların erməni lobbisi ilə əməkdaşlığı kimi maddi maraqlar üzərində deyil, qonşuluq münasibətləri və strateji tərəfdaşlıq səviyyəsində qurulub. Elə əksəriyyət ekspertlər də bu qənaətdədir. Millət vəkili Elman Nəsirov da belə düşünür. Elman Nəsirov hesab edir ki, Tbilisi-Bakı münasibətlərinə zərbə vurmaq istəyində olanlar bunu gerçəkləşdirə bilməyəcəklər: "Bu bir həqiqətdir ki, Azərbaycan-Gürcüstan münasibətləri strateji xarakter kəsb edir və fundamental məsələlərdə hər iki dövlət ortaq mövqeyə malikdir. Başqa bir həqiqət isə ondan ibarətdir müəyyən beynəlxalq siyasi dairələr və xüsusən də qeyri-hökumət təşkilatları müxtəlif yollarla çalışırlar ki, qardaş və dost dövlət olan Gürcüstanla Azərbaycanın münasibətlərinə xələl gətirsinlər. Bu məqsədlə bir çox hallarda " sapı özümüzdən olan balta"lardan istifadə praktikasına mütəmadi olaraq müraciət edirlər". Elman Nəsirovun sözlərinə görə, məsələyə bu kontekstdə yanaşdıqda Əfqan Muxtarlı ətrafında müəyyən antiazərbaycan və ermənipərəst ünsurlərin fəallaşmasının motivlərini anlamaq elə də çətin deyildir: "Xüsusilə bu məsələlər ilə bağlı radikal müxalif dairələr Əfqan Muxtarlıdan "qəhrəman" yaratmaq uğrunda sanki əsl yarışa start veriblər. Bu məsələlərlə bağlı mənim mövqeyim ondan ibarətdir ki, birincisi, saxlanılan şəxsin əməlində cinayət tərkibinin olması ilə bağlı qərarı məhkəmə verir. İkincisi, Əqan Muxtarlının səsləndirdiyi br sıra qərəzli fikir və mülahizələr haqlı olaraq ictimaiyyətimizin narazılığına səbəb olub. Üçüncüsü, onun Gürcüstan-Azətbaycan xüsusi xidmət orqanlarının birgə səyləri ilə saxlanılması haqqında məndə heç bir təsdiqini tapmış informasiya yoxdur. İlkin olaraq bəzi kütləvi informasiya vasitələrinin bu haqda təsdiqlənməmiş informasiya yayması müəyyən anlaşılmazlığa səbəb olub. Mənim bu informasiyaların dəqiqliyini yoxlamaq üçün apardığım əlavə araşdırmalar ilkin yayılmış məlumatların qeyri-dəqiq olduğunu ortaya çıxartdı. Dördüncüsü, onu da vurğulayım ki, ayrı-ayrı dövlətlər arasında əməkdaşlıq kontekstində cinayətdə şübhəli bilinən şəxslərin birgə əməliyyatlar prosesində saxlanılması praktikasından beynəlxalq aləmdə geniş istifadə edilir. Məsələn, Birləşmiş Ştatların qarşılıqlı əməkdaşlıq əsasında bu praktikadan İraqda və digər ölkələrdə istifadə etməsi haqqında məlumatlar vardır. Yəni burada qanunazidd bir hərəkət yoxdur. Konkret olaraq Əfqan Muxarlının saxlanılması ilə bağlı bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan və Gürcüstanın müvafiq qurumlarının bu məsələdə əməkdaşlıq etməsi ilə bağlı ilkin olaraq yayılmış məlumatların qeyri-dəqiq və təsdiqini tapmamış informasiya olması qənaitindəyəm".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31